Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

"Dollarla kreditlərin qaytarılmasında problemlər olacaq"

 

 

 

Azərbaycan manatının məzənnəsinin aşağı düşməsinin mənfi təsirinin azaldılması üçün əmək haqlarının  indeksasiyası vacibdir.
Xeberinfo.com:   Məlumata görə, bunu Azəbaycan Mərkəzi Bankının bu gün üzən məzənnə rejiminə keçidlə bağlı qərarını şərh edərkən iqtisadçı ekspert Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, məzənnənin aşağı düşməsinin sosial təsirlərinin minimallaşdırılmasına ciddi ehtiyac var: "Bu baxımdan təbii ki, həm əmək haqqı həm də əmanət indeksasiyası olmalıdır. Mənfi təsirlərin aradan qaldırılmasına çalışılmalıdır".
Ekspert bildirib ki, dollarla götürülən kreditlərin qaytarılması ilə bağlı yeni mexanizmlərin işlənməsinə də ehtiyac var: "Çünki dollarla götürülən kreditlərin qaytarılmasında problemlərin olacağı gözlənilir".
İqtisadçı ekspert bildirib ki, növbəti dəfə manatın məzənnəsinin dəyişməsi birbaşa neftin qiymətindən asılı olacaq, neftin qiymətində azalmalar olarsa, manatın məzənnəsində də azalma olacaq. Onun sözlərinə görə, manatın məzənnəsinin azalması prosesi artıq ölkənin tədiyyə balansından asılı olaraq dəyişəcək.
"Məzənnə birbaşa neftin qiymətindən və Mərkəzi Bankın bazara hansı səviyyədə müdaxilə etməsindən asılı olacaq. Əgər Mərkəzi Bank bazara müdaxiləni minimallaşdırsa, məzənnədə daha çox azalmalar müşahidə edilə bilər. Amma Mərkəzi Bank bazarda qalıb kursa müəyyən qədər təsir göstərməyə çalışsa, o zaman təbii ki, bu manatın məzənnəsinin kəskin azalmasının qarşısını ala bilər. Manatın məzənnəsinin növbəti dəyişməsi birbaşa artıq Mərkəzi Bankın qəbul edəcəyi qərardan asılı olacaq", - V.Bayramov deyib.
Qeyd edək ki, uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq, tədiyyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bankın İdarə Heyəti dekabrın 21-də üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Bu qərara əsasən manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq. Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam