Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

Siyasi prosesləri devrimçi dinamikalar yönləndirir-ANALİZ

 

 İdarəçilik sisteminin dəyşridilməsi üçün 16 aprel 2017-ci ildə keçirilən referendum  siyasət səhnəsinə    fərqli  dinamikaları  da daxil etdi.

Yenixeber.org: İqtidar partyası  öz gücünü  artırıb ömrünün daha da uzatmağı  hədəfləyərkən  müxalifət  toplumun dərin qatlarından   gələrək  syasət fəlsəfəsində təyinedici  olmağa  çalışan “dib dalğaları”nı yaxalayıb  o dalğaların tələblərinə   reaksiya verməyə çalışdı.

İqtidar  öz əlndə tutduğu 15 illik statikanı yeni  sistemin gətirib-gələcəyi “qüvvələr birliyi”nin köməyi ilə qoruyacağına  və konsolidasiya edəcəyinə inanarkən  müxalifət  “radikal dəyişiklik”  dinamikasına  reaksiya vermədən nəinki proseslərə yön vermək, mövcud olanı  belə qorumağın mümkün ola bilməyəcəyini görürdü.

2013-cü ilin iyununda  İstanbulun mərkəzi meydanından  başlayaraq ölkədə 20 gün təyinedici rola malik olmuş  “dinc inqilabçı”  prosesləri iqtidar  o vaxt da yanlış oxumuşdu, o proseslərin 3-4 ildən sonra  siyasətdə təyinedici rol oynamağa başladığını da  mütaliə edə bilmədi.

Məclisin ən kiçik  partiyasının 2016-cı ilin oktyabrında ölkənin siyasi   sisteminin  dəyişdirilməsi təklifini reallaşdırmaqdan başqa iqtidar partiyası siyasət səhnəsində yeni dönəmin  tələblərinə uyğun  heç bir dinamika yarada bilmədiyi kimi, AKP və MHP  öz aralarında yaratdıqları ittifaqa  toplumsal dəstəyi genişləndirə bilmədilər.

Müxalifət isə toplumun dərin qatlarından gələn “devrimçi  dinamikaları”  oxumağı  bacararaq,onları öz siyasətinin  gündəlik  fəaliyyətlərnə   transformasiya edə bildi.

31 mart 2019-cu ildəki bələdyyə seçksindəki qalibiyyəti  qəbul etməyib  23 iyunda İstanbulda  seçkini   məcburən təkrarlatdırarkən iqtidara verilən çox ağır cəza dərndən gələn o dalğanın ikinci dəfə su üzünə  çıxmasından doğan mənzərə idi.

Bu durum iqtidar partiyasındakı parçalanmanı özü   ilə gətirib-gəldiyi kimi, ana müxalifətin lderlyindəki  konsolidasiyanı daha da gücləndirdi.Ona görə müxalfət blokunun  2018-ci ilin iyunundakı seçkidə prezidentliyə namizədi Muharrem İncenin Cümhuriyyət  Xalq  Partiyasından ayrılaraq yeni partiya yaradacağını açıqlamasının toplumda heç bir qarşılığının olmadığını  indidən demək mümkündür.

1.5 il əvvəlk bələdyyə seçkisində müxalif ittifaqı  prosesləri  uğurla yönləndirərək  uzun müddətdən sonra müsbət nəticə əldə etdi. 97 illik bir siyasi partiyadan  ilin-günün bu vaxtında  ayrılıb nəinki yeni  partiya yaratmaq,oradan ayrılmaq belə bəri başdan  uğursuzluğa məhkumdur.

Muharrem İnce minmək istədiyi  qatarın hal-hazırda Türk siyasət səhnəsinə daxil olması mümkün deyildir,bundan sonra da mümkün olmayacaqdır. Çünki iqtidarınn statikaya bel bağlayaraq, toplumsal dinamikalara  müsbət reaksiya verə bilmədiyi bir ortamda Türk siyasətinə  müxalif  fəlsəfə və dinamikaların yön verdiyini hamının   görməsinə baxmayaraq, Muharrem İncenin belə bir ortamda CHP-dən ayrılaraq yeni partiya yaratmağa cəhd etməsi Don Kixotlqdan başqa bir şey deyildir.

Eyni çərçivədə-amma siyasət cəbhəsinin əks qanadında- iqtidarın kiçik ortağı Devlet Bahçelinin çox yox, 4 il əvvəl məhkəmə qərarıyla qurultay  tələbini əngəlləyərək yeni partiya yaratmasına səbəb olduğu  İYİ Partiyanın lideri Meral Akşeneri  “öz yuvasına”- yəni,MHP-yə qayıtmağa dəvət etməsi də komik və ironic görünür.

Bu,dibdən gələn dalğaların tezliyini yaxalaya bilməyən Recep Tayyip Erdoğan kimi, 4 il əvvəl ayrılmasına  birbaşa səbəb olduğu və yaratdığı partiyanın cəmiyyətdə xeyli hörmət-izzət qazanaraq    “Millət ittifaqı”  qatarında özündən əmn şəkildə irəlilədiyi vaxtda Akşenerə  qatarın   ən öndəki lokomotivindən enib ən arxadakı vaqonuna minməyi təklif etmək  də  “siyasi zaman”dan geri qalmağın ifadəsidir. Meral Akşenerin bu müraciətə müsbət  cavab verməyəcəyi gün kimi aydın olsa da işarə etdiyi ünvan baxımından    cavabı  da  lakonik oldu: “Ortağınıza deyn,adamlarını üstümüzə göndərməkdən vaz keçsin”

Yəni, iqtidarın verdiyi imkanlardan sonuna qədər istifadə edərək müxalfəti susdurmağa çalışmağın  əks reaksiya verdiyini görün. Yəni, istənilən ölkənin iqtdar partiyası öz gücünü müxalifət susdurmağa sərf edirsə, bunun nəticəsnin elə bəri başdan  bəlli olduğuna inanın.Yəni,siyasət yuxarıdan dizaynla yox, toplumun dərin qatlarından gələn tələblərlə yapılır, o tələblərə reaksiya verməyib siyasət dizayn etməyə həvəslənsəniz, ümidinz Türkiyədə Mustafa Desticiyə, Azərbaycanda  isə  tək adamlıq lövhə partiyalarına qalar (siyahısı uzun olduğuna görə,,adlarını  yazıb vaxtınızı almağa heyfim gəlir)

Muharrem İnceyə və Devlet Bahçeliyə “Qəzanız mübarək olsun”- deməkdən başqa çarə  də görmürəm…(astna.biz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam