Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

"Müxalifətlə dialoqa ehtiyac yoxdur"

“Azərbaycanda hazırki situasiyada müxalifət-iqtidar dialoquna ehtiyac duyulmur. Ölkədə böhran vəziyyəti yoxdur ki, iqtidarla müxalifət qarşı-qarşıya oturub nəyisə müzakirə etsin”.

 

Xeberinfo.com:   Bu fikirləri azvision.az-a Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə deyib. 

Deputat bildirib ki, Azərbaycanda bəzi siyasi qüvvələr dialoq deyəndə üz-üzə oturub hansısa məsələnin müzakirəsi kimi başa düşürlər: “Dialoq geniş məhfumdur. Bu ilk növbədə mühitdir. Bu, elə bir sərbəst mühitdir ki, hər bir tərəf öz fikrini açıq şəkildə ifadə edə bilir, mövqeyini qanunun imkan verdiyi çərçivədə müdafiə edir, bloklar yaradır, gələcək planlarını açıqlayır. Bu mühitdə mətbuat vasitəsilə, hansıa tədbirlərdə tərəflər həm polemikaya girir, həm qarşısındakının mövqeyini öyrənir, həm də hansısa məsələdə öz mövqeyini daha da dəqiqləşdirirlər. Dialoq ilk növbədə budur. Dəyirmi masa arxasında görüş isə dialoqun formalarından biridir. Azərbaycanda oturuşmuş, stabil bir dövlət var. Azərbaycanda proseslər konstitusiya çərçivəsində gedir. Hər bir vətəndaşın və siyasi qüvvənin hüquqları qorunur. Demokratik dövlət olduğumuza görə, siyasi rəqabət var. Müxalifətlə iqtidar hər biri öz mövqeyinə uyğun tərəfdarlar toplayır, öz siyasətini aparır”.

A.Mirzəzadə qeyd edib ki, hazırki situasiyada iqtidar-müzalifət dialoquna ehtiyac yoxdur: “Bununla belə müxalifət tərəfdən hər hansı bir məsələnin müzakirəsi ilə bağlı görüş istənilərsə, təklif olunarsa, iqtidar onu dinləməyə, təklif olunan məsələni müzakirə etməyə hazırdır. Yəni, iqtidarın qapısı istənilən qüvvə üçün açıqdır, istənilən məsələni müzakirə etmək olar. Müzakirələr heç vaxt konstitusiyanı və qəbul edilmiş qanunları əvəz etmək hüququna malik olmamlıdır”, - deyə A.Mirzəzadə vurğulayıb. 
Millət vəkili vurğulayıb ki, müxalifət tərəfindən YAP-a dialoqla bağlı müraciət daxil olmayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam