Redaktor seçimi
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Günün xəbəri

ABŞ Rusiyanın Liviyaya göndərdiyi hərbi təyyarələrin fotolarını yaydı

 ABŞ Silahlı Qüvvələrinin Afrika komandanlığı (AFRİCOM) Rusiyanın Liviyaya göndərdiyi hərbi təyyarələrin fotolarını yayıb. Fotolar peyk vasitəsilə çəkilib.

Yenixeber.org: AFRİCOM-dan bildirilib ki, təyyarələr Rusiyadan havaya qalxıb və əvvəlcə Suriyaya – Hmeymim aviabazasına enib. Burada təyyarələrin Rusiyaya məxsus olduğunu gizlətmək üçün onları boyayıblar. AFRİCOM-dan qeyd ediblər ki, hərbi təyyarələr Haftar qüvvələrinə və onların tərəfində döyüşən Rusiyanın “Vaqner qrupu”nun muzdlularına dəstək verəcək.

ABŞ-ın Afrikadakı qüvvələrinin komandanı, general Stefen Taunsend deyib ki, Rusiya uzun müddətdir Liviyada davam edən savaşdakı rolunu inkar edirdi: “Artıq inkar edə bilməz.”

ABŞ Dövlət Departamentinin Yaxın Şərq işləri üzrə Bürosunun rəsmi nümayəndəsi Henri Vuster Haftar qüvvələrinin Tripoliyə hücumuna qarşı olduqlarını bildirib.

Qeyd edək ki, BMT tərəfindən tanınmış Liviya Milli Razılıq Hökumətinin qüvvələri son həftələrdə Türkiyənin dəstəyi ilə Tripoli ətrafında Xəlifə Haftar qüvvələrinə ciddi zərbələr endiriblər və onları paytaxtdan uzaqlaşdırıblar. ABŞ-ın Liviyadakı səfiri Riçard B.Norland Milli Razılıq Hökumətinin rəhbəri Faiz Sərrac ilə telefon danışığında onların terrora qarşı mübarizədə və sülhün əldə olunmasında uğurlarından məmnun olduqlarını söyləyib. Məhz bu uğurlardan sonra Rusiya Xəlifə Haftara dəstək üçün Liviyaya 4 ədəd MiQ-29 və 2 ədəd Su-24 hərbi təyyarəsi göndərib. Səfir Norland Rusiya və digər xarici ölkələrdən gələn muzdluların Liviyada sabitliyi pozan fəaliyyətlərinə qon qoyulmasının və onların ölkədən ayrılmasının zəruriliyini vurğulayıb.(pressklub)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam