Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Haftar Berlin konfransında iştirak edəcək

 

Liviya Milli Ordusunun komandanı Xəlifə Haftar ölkədə vəziyyətin nizama salınması üzrə keçiriləcək Berlin konfransında iştirak edəcək.

Yenixeber.org: Bu barədə şəxsi mənbələrə istinadən “Al-Hadath” telekanalı bildirib.

"Xaftar dəvəti qəbul etməyə qərar verdi və beynəlxalq konfransda iştirak üçün Berlinə yola düşəcək", - deyə xəbərdə qeyd edilir.

Liviya Milli Ordusunun komandanlığı və ya feldmarşal özü hələ bununla bağlı rəsmi bəyanat yaymayıb.

AFR hökumətinin mətbuat xidmətindən bildirilib ki, Liviya üzrə dövlət və hökumət başçıları səviyyəsində beynəlxalq konfrans yanvarın 19-da Berlində keçiriləcək. Konfransda Rusiya, ABŞ, Çin, Böyük Britaniya, İtaliya, Fransa, Türkiyə, Misir, Əlcəzair, Birləşmiş Ərəb Əmirlikləri, Konqo Respublikası, həmçinin BMT, Avropa Birliyi, Afrika İttifaqı və Ərəb Dövlətləri Liqasının nümayəndələri iştirak edəcəklər.

Bundan başqa, beynəlxalq konfransa Liviya Milli Razılıq Hökumətinin rəhbəri Faiz Sarraj və ötən ilin aprelindən Tripoliyə hücum edən Liviya Milli Ordusunun komandanı Xəlifə Haftar da dəvət ediliblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam