Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Haftarın ordusu Sirt şəhərini ələ keçirib?-Yenilənib

Beynəlxalq təşkilatlar tərəfindən tanınan Liviya Milli Razılıq Hökuməti general Xəlifə Haftar qüvvələrinin Sirt şəhərini ələ keçirməsi ilə bağlı məlumatları təkzib edib.

Yenixeber.org: Sirti Qoruma və Təhlükəsizliyini təmin etmək Qüvvələri tərəfindən verilən açıqlamada Haftar qüvvələrinin şəhərə doğru irəlilədiyi və bəzi bölgələri ələ keçirməsi ilə bağlı xəbərlərin yalan olduğu bildirilib.

Açıqlamada paytaxt Tripolinin 400 kilometrliyində yerləşən Sirt şəhərinin şərqindəki 17-ci Qapı yaxınlığında Haftar qüvvələrinə məxsus iki zirehli texnikanın sıradan çıxarıldığı qeyd olunub.

Bundan başqa, şəhərdə vəziyyətin tamamilə nəzarət altında olduğu, axşam saatlarındakı atışmanın isə şəhərin kənarında baş verdiyi bildirilib.

*   *   *20:41

Marşal Xəlifə Haftarın komandanlıq etdiyi Liviya Milli Ordusu Sirt şəhərini ələ keçirib.

 Məlumata görə, ordudakı mənbə bildirib ki, artıq şəhərin bir çox hissələri, eyni zamanda, dəniz limanı onların əlindədir.

Hücum əvvəlcə limana olub, desant birləşmələri dəniz limanını ələ keçirdikdən sonra ordu şəhərə daxil olub.

Qeyd edək ki, Haftar bir neçə həftə öncə hökumət qüvvələrinin Tripoli və Sirt şəhərlərini tərk etməyəcəyi təqdirdə bombardmanın başlayacağını bildirmişdi.

Onu da qeyd edək ki, Sirt ərazisinə görə Liviyanın üçüncü böyük şəhəridir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam