Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

ERMƏNİSTANDA KAPİTALIN LEGİTİMLƏŞDİRİLMƏSİ TƏKLİF EDİLİR: "Koronavirus yeni vəziyyət yaradıb" -TƏHLİL

Aram Amatuni

“1in.am”, Ermənistan, 26 mart 2020-ci il

 

Yenixeber.org: Koronavirusun səbəb olduğu dünya böhranı nəticəsində yaranmış çağırışlar, şübhəsiz, çoxsaylı və müxtəlif cinslidir. Bu, təbii, Ermənistan və ermənilər üçün də belədir. Onların içərisində, şübhəsiz, erməni milli kapitalına yönəlik, – baxmayaraq ki, bu ifadədən istifadə etmək bir sıra səbəblərə görə ancaq böyük qeyd-şərtlərlə mümkündür, – yetərli dərinliyi olan çağırışlar da mövcuddur.

Bununla birlikdə, burada vəziyyət, o cümlədən bu səbəblər planında yetərli qədər çoxmənalı, ziddiyyətli və çoxqatlıdır. Ümumiyyətlə, erməni milli kapitalı anlayışının özü eynicinsli deyil, sadəcə olaraq eynicinsli ola bilməz və onun əhəmiyyətli hissəsinin, şübhəsiz, məhz ümumerməni çərçivəsində mənşəyi etibarilə legitimlik problemi vardır. Bu mənada, söhbət daha çox Ermənistanda toplanmış sərvətdən, Ermənistanda formalaşmış kapitalın daşıyıcılarından gedir.

Söhbət həmçinin Rusiyada formalaşmış erməni kapitalından, onun inqilabaqədərki Ermənistan hakimiyyətindəkilərlə əhəmiyyətli əlaqəsi olan daşıyıcılarının böyük kəsimindən gedir.

Bu mənada, inqilabdan sonra çox şey dəyişdi və bir sıra iri sahibkarlar, biznesmenlər, milli kapital daşıyıcıları özlərinin inqilabsonrası davranışları ilə inqilabadək öz üzərlərində hiss etdikləri ictimai-mənəvi təzyiqi azaltdılar.

Lakin, geniş mənada,  tamamilə obyektiv səbəblər üzündən ümumerməni dairələrində kapitalın legitimliyi problemi mövcuddur. Və bu problemin müxtəlif  təzahürlərinin və dərəcələrinin olmasına və ya konkret kapitalist, biznesmen və xeyriyyəçinin ümumiyyətlə belə bir probleminin olmamasına baxmayaraq, geniş mənada, onun mövcud olması, demək olar ki, hamıya öz təsirin göstərir, yəni universal bir təsirə malikdir.

Bu mənada, kapitalın legitimləşdirilməsi problemi inqilabsonrası dövrün gündəliyinin həlledici vəzifələrindən biri idi. Bu problemin praktiki həllinin bir formulunu Baş nazir Nikol Paşinyan təklif etmişdi. Təklifin mahiyyəti ordunun modernləşdirilməsi üçün nəzərdə tutulan vəsaitlərin uzun illər ərzində mənimsənilmiş olan məbləğinin bir hissəsinin geri alınmasına və bu vəsaitlərin Ermənistan və Artsaxın (Dağlıq Qarabağın adı mətndə belə gedib – tərc.) təhlükəsizliyi və inkişafı üçün mühüm olan sabitlik mühitinin formalaşdırılmasına yönəldilməsinə cəmiyyətin razılığının alınmasından ibarət idi.

Bu, yeni durum, yeni cağırışdırBundan əlavə, belə imkanı bəşəriyyətə meydan oxuyan koronavirus böhranı, epidemiya verir. Bu çağırışı dövlətlər və xalqlar birlikdə dəf etməlidirlər, lakin o da aydındır ki, muxtar, suveren və öz-özünə yetərli olan səylər də tələb olunur. Məhz burada, hətta legitimlik böhranı olsa da, erməni milli kapitalı həlledici olur.

O, heç bir halda dövlətin – Ermənistan Respublikasının rolunu əvəzləməməlidir və əvəzləyə bilməz. O da aydındır ki, burada dövlətin rolu öncəliklidir, lakin yeganə deyildir və bu dövlət elə vəziyyətdə deyil ki, bütün problemləri təkbaşına həll edə bilsin. Buna uyğun olaraq, işin səciyyəvi xüsusiyyətləri bütün resursların və qurumların, o cümlədən dünyada yayılmış olan erməni kapitalı kimi yazılmayanların cəlb edilməsini tələb edirAncaq kapital dedikdə, yalnız pul inyeksiyaları deyil, ilk növbədə əsasına qoyulacaq dəyərlər, mahiyyət, ideologiya və strateji nöqteyi-nəzərdən perspektivlər planında kapital nəzərdə tutulur.

Erməni milli kapitalı ortaya yetərli iradə, intellekt, zamanın tələblərinə cavab verən qənaətbəxş dəyərlər qoya biləcəkmi? Eyni zamanda epidemiyasonrası dünyada Ermənistanın və erməniçiliyin inşa edilməsində özlərinin iştirak etməsi baxımından, sosial həmrəylik probleminin vacibliyini dərk etdiklərini göstərə biləcəklərmi? Bu iştirak onlara legitimlik böhranından çıxmağa imkan verəcək. Bu planda, erməni milli kapitalının əldə edəcəyi ümumerməni legitimliyi isə erməni dünyasının ödəyəcəyi, bundan sonra bu kapitala mühüm mənəvi-psixoloji, hətta siyasi resurs kimi xidmət edəcək haqq olacaqdır. Yeri gəlmişkən, kapital da dövlətə və ermənilərə belə xidmət edir.

Tərcümə: Strateq


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam