Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

AVROPA PARLAMENTİNƏ SEÇKİLƏR ERMƏNİSTANA NECƏ TƏSİR EDƏCƏK? –Erməni mətbuatı 2017-ci ildəki sazişə yenidən baxılmasını istəyir

“1in.am”, Ermənistan, 29 may 2019-cu il

 

Avropa Parlamentinə seçkilərin keçirilməsi, şübhəsiz, Ermənistanda gedən daxili siyasi inkişaf fonunda kölgədə qalmalı idi. 

Yenixeber.org: Bu məsələ, böyük hesabla, hətta qeyri-müəyyən dövrlərdə belə kölgədə qalardı. Bunun, əlbəttə, dərin, siyasi, psixoloji və dəyərlərlə bağlı bir neçə səbəbi var. Biz bir cəmiyyət olaraq Avropa seçkiləri ilə maraqlanmırıq, lakin bu seçkilər, şübhəsiz, biz istəsək də, istəməsək də, bizimlə məşğul olacaq.

Ancaq onların bizimlə, bizim problemlərimizlə necə məşğul olacağı bizim nə istədiyimizdən asılıdır. Ona görə də, Avropada keçirilən seçkilər, qitə öz problemlərilə birlikdə bizdən uzaq olsa da, bu seçkilərin nəticələri nəinki bizə yaxındır, bizimlə birbaşa bağlı olan bir sıra problem və ya sualların taleyi də, böyük ölçüdə, bu nəticələrlə şərtlənəcək.

Avropa Birliyi ölkələrində keçirilən seçkilər, necə deyərlər, millətçi qüvvələrin qələbəsini təsbit etdi. Lakin bu, artıq uzun müddətdir, bir neçə ildir ki, davam edən bir prosesdir. Bu qüvvələr, belə demək mümkünsə, daha geniş mənada avroskeptiklər, ilbəil həm AB strukturlarında, həm də AB üzvü olan dövlətlərdə, o cümlədən Qərbi Avropada təmsilçilik planında tərəqqi göstərirlər. Yəni, Avropa Parlamentinə keçirilən seçkilər öz-özlüyündə hər hansı bir yeni meyli əks etdirmirdi. Bu seçkilər uzunillik prosesin davamı və bu qüvvələrin uğurunun yeni mərhələsi idi.

Ona da şübhə yoxdur ki, bunlar sonuncu olmayacaq, çünki Avropa birliyinin, hətta eyniyyətinin – kimliyinin formalaşmış bu meylə gətirib çıxaran dərin problemləri hələ uzun müddət davam edəcək. Bu dərin problemlərin dərin Avropa böhranına gətirib-gətirməyəcəyi isə suallardan biridir.

Avropada gedən böhranlı inkişafın Ermənistan üçün həddindən artıq arzuolunmaz olduğu şübhə doğurmur. Bununla birlikdə, İrəvan yeni qüvvələr nisbətini nəzərə almaqla, həm köhnə əlaqələri saxlamaqla, həm də yeni əraziləri götürən qüvvələrlə əlaqə qurmaqla, Avropa ilə işləmək üçün imkanlar tapmalıdır.

Burada, əlbəttə, ilk növbədə masada 2017-ci ilin noyabrında AB ilə imzalanmış və hazırda İrəvanda reallaşdırılmasının “yol xəritəsi” işlənib hazırlanmaqda olan hərtərəfli sazişin taleyinə baxılırErmənistan, nəticədə, bu müddət ərzində nəinki itirməyib, əksinə, bir çox baxımdan qazanıb. Sadəcə aydındır ki, bununla(hərtərəfli sazişlə – tərc.) bağlı İrəvan və Brüsselin təsəvvürlərində problemlər mövcuddur. Əgər Brüssellə İrəvan arasındakı münasibətlərə sazişin həcmi, təqvim dövrləri və s.-dən kənar baxılmayacaqsa, bu problemlər uzunmüddətli perspektivdə ortadan qaldırıla bilməyəcək. AB ilə imzalanmış saziş həm İrəvan, həm də Brüssel üçün çox qiymətli sənəddir. Lakin Ermənistanda baş verənlər yalnız ölkədaxili deyil, regional reallığı da dərindən dəyişib. Ona görə də, imzalanmış sazişə öz məzmun və siyasi əhəmiyyətinə görə yeni reallıqların məntiqinə uyğun olaraq baxılmalıdır. Çünki artıq bu sənəddə Ermənistan-Avropa münasibətlərinin yetərli və ya ekvivalent əsası olması üçün həddindən az razılaşma olduğunu hesab etməyə kifayət qədər əsaslar vardır. Bu, o demək deyildir ki, onu bir kənara qoymaq və irəli getmək lazımdır. Lakin irəli getmək üçün yalnız sazişə deyil, onun ətrafına da baxmaq lazımdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam