Redaktor seçimi
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

Türkiyə və Rusiya arasında Suriya gərginliyi -geri çəkilən kim olacaq?

 

 

Politoloq: “Türkiyənin ən böyük düşməni Əsəd deyil, ”Müsəlman qardaşları"nı devirmiş əl-Sisi rejimidir..."

Yenixeber.org: Suriyada gərginlik yenidən pik həddə çatıb. Meydanda Rusiya və Türkiyədir. Belə ki, Türkiyə Silahlı Qüvvələri son 24 saat ərzində İdlibdə Suriya hökumət qüvvələrinin 55 hərbçisini məhv edib. Bu barədə Türkiyənin “Sabah” nəşri Milli Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Onu da bildirək ki, ötən günlərdə prezident Rəcəb Tayyib Ərdoğan ötən gün AKP-nin partiya toplantısında çıxışı zamanı Türkiyə ordusunun İdlib vilayəti və Soçi anlaşması ilə müəyyən edilmiş deeskalasiya zonası ilə kifayətlənməyərək Bəşər Əsəd rejiminə bağlı qüvvələrə hər yerdə zərbə endirəcəyini qeyd edib: “Bu gündən etibarən əsgərlərimizə zərər gəldiyi halda İdlib və Soçi anlaşması sərhədləri ilə kifayətlənməyib rejim qüvvələrini hər yerdə vuracağımızı buradan elan edirəm. Bu müddətdə müşahidə nöqtələrində Türkiyəni hədəf alan hər kəs bunun əvəzini yalnız hücum sahəsində deyil, hər yerdə ödəyəcəyini bilməlidir”.

Fevralın 13-də Türkiyə mətbuatında məlumat yayılıb ki, Rusiyanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Valeri Gerasimov və Türkiyənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Yaşar Güler arasında telefon danışığı olub. Tərəflər telefon danışığı zamanı Suriyada, xüsusilədə İdlibdəki vəziyyətə dair ikitərəfli gündəlikdə olan məsələləri müzakirə ediblər.

Türkiyə və Rusiya arasında Suriya ile ilgili görsel sonucu

Politoloq Nəzakət Məmmədova bildirib ki, Türkiyə, Rusiya və ABŞ-ın yanaşması da maraqları kimi müxtəlifdir: “Məsələn, Türkiyə belə iddia edir ki, onun başının Liviyaya və Şərqi Aralıq dənizi hövzəsinə qatışmasından istifadə edən müttəfiqi Rusiya İdlibdə öz hegemonluğunu bərqərar etməyə çalışıb, onun səkkiz hərbçisini öldürüb və s. Əsədə bağlı qüvvələr Türk əsgərinə atəş açdı, Türkiyə isə qarşılığında Suriya ordusunun 101 hərbçisinin və xeyli silahlarının məhv edildiyini bildirdi. ABŞ prezidentinin xüsusi nümayəndəsi Cefrinin Ankaraya səfər edərək Türkiyəyə Rusiya və Əsədlə mübarizədə hər cür dəstək verməyə hazır olması diqqətçəkəndir. Suriyada kosmik kəşfiyyat aparmaq gücü olan dövlətin bunu bilməməsi doğurdan da, təəccüblüdür. Bu proseslərin arxasında İsrailin dayanması versiyası son günlərdə xüsusən tez-tez səsləndirilir. Putinin Netanyahu ilə intensiv görüşləri və Suriyanın gələcəyini müzakirə etməsi diqqətləri bu məsələdə İsrailin üzərinə yönəldir. Hətta İsrailin Rusiya ilə Ukrayna, şəxsən Zelenski arasında münasibətləri düzəltməyə çalışdığı da sirr deyil, necə ki, buna qarşılıq olaraq Ərdoğan da bu yaxınlarda Ukraynaya səfər edib yəhudi mənşəli Zelenski ilə görüşdü və Mustafa Cəmilovla görüşü protokola daxil etməklə Krım məsələsində türklərin Rusiyanın deyil, Ukraynanın yanında olmasını ona xatırlatdı. Belə olan halda İsrailin hazırda düşmən münasibətində olduğu Ərdoğanı deyil, Putini Suriya və Livan cəbhəsində, eləcə də Şərqi Aralıq dənizi məsələsində dəstəkləməsi təbiidir”.

Nəzakət Məmmədova ile ilgili görsel sonucu

Nəzakət Məmmədova söyləyib ki, İdlibdəki atışmanın Ərdoğanla Putin arasında diplomatik demarşlardan o tərəfə keçəcəyi inandırıcı deyil: “Ərdoğan şəxsən bəyan edib ki, o, Əsədin İdlibdə möhkəmlənməsinə imkan verməyəcək, lakin Rusiya ilə ciddi fikir ayrılığına gedilməyəcək, çünki nəhəng layihələr var və onları yarımçıq qoymaq olmaz. Bundan başqa, Türkiyə hazırda Liviya məsələsi gündəmdə olduğu üçün iki cəbhədə döyüşmək istəməyəcək və Rusiya ilə Şimali Afrikada qarşı-qarşıya gəlmək tərəflərin heç birinə lazım deyil. Türkiyə və Rusiya bir-birini İdlibə dair öhdəliklərə əməl etməməkdə ittiham edir. Məsələn, Lavrov Türkiyəyə bağlı yüzlərlə döyüşçünün İdlibdən Liviya cəbhəsinə aparıldığını qeyd edib. Hər halda, qarşılıqlı ittihamlara baxmayaraq, Türkiyə və Rusiya Suriyada etibarlı müttəfiq olaraq qalır. Bunu ABŞ və Avropa Birliyinin Ankaranı bir NATO ölkəsi olaraq İdlibdə dəstəkləyəcəyə bayanatına cavab olaraq Çavuşoğlunun sözləri də təsdiq edir: ”Onlar indiyədək bu cür bəyanatlar çox veriblər, amma Almaniyadan başqa heç biri qaçqınlar məsələsində belə hər hansı addım atmayıblar". İdlibdə de-eskalasiya zonasının yaradılmasına dair üç il əvvəlki Rusiya-Türkiyə anlaşması Əsəd qüvvələrinin hücumu ilə sarsıldı və Ərdoğan “Asatana prosesi artıq yoxdur!” dedi, lakin bunun Suriyada Türkiyə və Rusiya ittifaqının tamamilə aradan qaldırılmasına inanmaq sadəlövhlük olardı. Putin Əsədə dəstək verərək, bunu oradakı qiyamçıların tərksilah edilməsi üçün Ankaranın heç bir şey etməməsi ilə əsaslandırıb. Rusiya həmin cihadçıları “Əl-qaidə”yə bağlı terrorçu hesab edir. Bununla yanaşı, Putin Suriyanın şimalında kürd muxtar vilayətinin yaranmasına qarşı çıxaraq Ankaranın maraqlarına uyğun mövqedən çıxış edir".

Türkiyə və Rusiya arasında Suriya ile ilgili görsel sonucu

Politoloq hesab edir ki, Afrin və Fəratın şərqinə türk qoşunlarının yeridilməsi Kremlin razılığı olmadan mümkün olmazdı:  “Lakin Ərdoğan İdlibdə zəif duruma düşüb və bu, onun xarakteri üçün qəbuledilməzdir. Ərdoğanın Suriyada 30 min xarici cihadçının yerləşməsinə kömək etməsi iddiası və Əsədin devriləcəyinə ümid etməsi onun Suriyada iki ən böyük səhvi kimi göstərilir. Üstəlik, cihadçıların bir hissəsinin Liviyaya aparılması narazılığı artırıb. Suriya rejimi, kürdlər və İŞİD-lə düşmən olduqdan sonra müttəfiq Rusiyanın dəstəyinin itirilməsi Türkiyəni çətin duruma sala bilər. Bunu dərk edərək, Türkiyə yəqin ki, düşmən cəbhədəki qüvvələrdən biri ilə razılığa gəlməyə çalışacaq. Bu, hər halda yəqin ki, Əsəd olacaq. Türkiyə kəşfiyyat şefinin Suriyadan olan həmkarı ilə bu yaxınlarda baş tutan görüşü bunu sübut edir. Lakin Türkiyənin ən böyük düşməni heç də Əsəd və Netanyahu deyil, ”Müsəlman qardaşları"nı devirmiş əl-Sisi rejimidir. Öz əqidəsinə yaxın olaraq Mursini dəstəklənməsi, son nəticədə isə onun devrilməsi Türkiyənin Orta Şərq siyasətini zəiflətdi, lakin onu regiondan sıxışdırıb çıxarmadı, çünki Türkiyə əsrlərdir həmin coğrafiyada əsas söz sahibidir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam