Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Əsəd Türkiyəni ittiham etdi

 

Əsəd üzə çıxdı və Türkiyəni ittiham etdi
Suriya Prezidenti Bəşər Əsəd İdlibdə hərbçilərlə görüşüb və ilk dəfə olaraq kürdlərlə razılaşma çərçivəsində Türkiyə ilə sərhədə qoşunların yerləşdirilməsini şərh edib.
Yenixeber.org: "RİA Novosti" xəbər verir ki, Əsəd hakimiyyətin Türkiyənin Suriyanın şimalında hərbi əməliyyatlara başlamasından dərhal sonra bölgənin müxtəlif siyasi və hərbi qüvvələri ilə əlaqə qurduğunu deyib.

Onun sözlərinə görə, Suriya hakimiyyəti Türkiyəyə qarşı hər hansı bir qrupu dəstəkləməyə hazırdır.

"Bu, siyasi bir qərar deyil, konstitusiyadan və vətənpərvərlikdən irəli gələn vəzifədir. Əgər bunu etməsəydik, bu torpağa layiq olmazdıq", - deyən Əsəd əlavə edib ki, kürdlər Suriyanın şimalını müdafiə etməyə hazır olduqlarına Dəməşqi çoxdan əmin ediblər, lakin Türkiyə bir neçə şəhəri “ələ keçirib”.

Əsəd Türkiyə rəhbərliyini Suriya ərazilərini və sərvətlərini talan etməkdə günahlandırıb.

Onun sözlərinə görə, İdlib uğrunda döyüş ölkədəki xaos və terrorun məhv edilməsinin açarıdır. Bəşər Əsəd Suriyanın bütün bölgələrinin eyni dərəcədə əhəmiyyətli olduğunu, lakin hərbi vəziyyətdən asılı olaraq müəyyən ərazilərə üstünlük verildiyini vurğulayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam