Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

PUTİN BELARUSU “HƏZMDƏN KEÇİRƏ” BİLƏCƏKMİ? –Lukaşenko usta gedişləri edir...

 

Bildiyimiz kimi, artıq iki ilə yaxındır ki, Rusiya-Belarus ittifaqı haqqında, daha doğrusu, bu iki ölkənin vahid dövlətdə birləşəcəyi ilə bağlı məsələ gündəmdədir. Hətta deyirlər ki, Vladimir Putin SSRİ-ni bərpa etmək məqəsədiylə ilk növbədə Belarusu “həzm etmək” qərarına gəlib.

Yenixeber.org: Amma iş ondadır ki, əgər Kreml həqiqətən də belə bir fikrə düşərsə, Rusiya keçmiş sovet respublikalarını yox, əksinə, onlar Rusiyanı “həzm edər”. Çünki indi başqa əyyamlardır, SSRİ-nin bərpası mümkün deyil. Tarixi geriyə döndərmək istəyənlər unutmasınlar ki, əvvəla, Sovet İttifaqı vahid ideoloji platforma üzərində dayanmışdı. İkincisi isə, SSRİ iqtisadi və maliyyə baxımından Qərb kapital bazasına söykənmirdi, onun öz iqtisadi təsərrüfat sistemi vardı.

Lukaşenko xaraktercə kifayət qədər müstəqil və öz sözü olan adamdır. O, siyasətdə püxtələşib və Putini çox yaxşı tanıyır. Digər tərəfdən isə, Lukaşenko Rusiyada xüsusi layihələrin necə və hansı məqsədlər üçün tərtib olunduğundan bixəbər deyil. Ona gərə də, Belarus prezidenti hələlik manevr edir. Məsələn, son zamanlar Minsk Çinin Belarusa sərmayə qoyması üçün Pekinlə də əlaqələri genişləndirir. Təbii ki, tarix və zaman yerində dayanmır və çox böyük ehtimalla Belarus prezidenti həmişə olduğu kimi, yenə də hadisələrin gedişinə uyğun əlverişli siyasət qurmağa çalışacaq.

Sözügedən məsələ beynəlxalq mətbuatın da diqqət mərkəzindədir. İsveçrənin “Neue Zürcher Zeitung” qəzeti Minsk ilə Kreml arasındakı münasibətlərə toxunaraq yazır: “Kremlin təzyiqi altında Minsk hökuməti Moskva ilə yeni müqavilə imzalamağa məcbur qalıb. Bu, adətən çox ciddi siyasi nəzarət altında olan cəmiyyətdə müqavimət yaradır”.

Jurnalist Pul Fyukiqer qeyd edir ki, ötən bazar günü Belarusda neçə illər ərzində görünməyən böyük mitinq keçirildi. İki minə yaxın vətəndaş Rusiya ilə inteqrasiyanın əleyhinə etiraz edib.

“Neue Zürcher Zeitung” qəzeti daha sonra yazır: “Etirazlar bazar günündən sonra da davam edib, sadəcə etirazlar meydanlardan sosial şəbəkə müstəvisinə keçib. Etirazlar inteqrasiya ilə bağlı Sankt-Peterburqda bağlanan yeni müqaviləyə cavabdır. Nəzərdə tutulan Rusiya-Belarus ittifaq dövlətinin təməlində yeni konstitusiya və valyuta ittifaqı durmalıdır. Sonradan buna müştərək hökumət, ittifaq parlamenti və yeni əmələ gələcək dövlətin prezidenti əlavə olunmalıdır. Bu planlar barədə Rusiya baş naziri Dmitri Medvedyev hələ 2018-ci ilin dekabrında özünün Brest şəhərinə səfəri zamanı söz salmışdı. Belə ki, Medvedyev Lukaşenko qarşısında ultimatum qoymuşdu: 2019-cu ilin sonuna kimi ittifaq yaranmazsa, onda Belarus Rusiyadan iqtisadi yardım almayacaq. O vaxtdan indiyədək Lukaşenko öz ölkəsinin müstəqilliyinin önəmini daha qətiyyətlə müdafiə edir. Amma Brüssel, Pekin və Moskva arasında balans yaratmaq istəyən Lukaşenko Moskva ilə xüsusi dostluğu olduğunu da tez-tez vurğulayır.

Politoloq Valeri Karbaleviç hesab edir ki, Lukanşeko belə bir ittifaqda Belarusun arabanın beşinci təkəri olacağını yaxşı anlayır. Ona görə də, onun hökuməti Kreml ilə aparılan sərt danışıqlarda siyasi məsələləri bir kənara qoyaraq, yalnız iqtisadi məsələlərə aid müqavilə imzalayıb.

Ümumiyyətlə isə, söhbət 31 bənddən ibarət inteqrasiya üzrə yol xəritəsindən gedir. Burada kənd təsərrüfatı siyasətindən tutmuş vergi qanunvericiliyinə qədər, bir çox məsələlərin həlli nəzərdə tutulur.

Minsk inteqrasiya xəritəsi vasitəsilə Rusiya tərəfindən yenidən iqtisadi yardım əldə edə biləcəyinə ümid bəsləyir. Kreml illərdir ki, Belarusa kredit verib və həmçinin bu ölkəyə beynəlxalq qiymətlərə nisbətən daha ucuz xam neft nəql edib. Belarus dövlət müəssisələri həmin xam nefti emal edərək, Avropa Birliyinə və Ukraynaya satıb və nəticədə bundan yaxşı gəlir götürüb. Lukaşenko əldə etdiyi bu gəlir sayəsində sosial təminata səxavətlə pul xərcləmək yoluyla vətədaşları öz tərəfində saxlayıb və beləliklə də ölkə içərisində sakitliyə nail olub.”(azpolitika)

Vaqif NƏSİBOV 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam