Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

"Sarkisyan 3 milyarda torpaqları qaytarırdı" - ŞOK AÇIQLAMA

 

Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsindən danışan Ermənistan Milli Təhlükəsizlik Şurasının Konstitusiya Müdafiəsi və Terrorizmlə Mübarizə Baş İdarəsinin müdiri, general-mayor Tiqran Barseqyan bildirib ki, Serj Sarkisyan torpaqları təhvil verməyə hazırlaşırmış.

Yenixeber.org: Bu barədə o, Ermənistanda dərc olunan "Joxovurd" qəzetinə müsahibəsində danışıb.

"Mən sizə rəsmi olaraq bildirirəm ki, qulaq asma nəticəsində Serj Sarkisyanın torpaqları təhvil vermək niyyətində olduğunu öyrənmişdik",-deyə Barseqyan qeyd edib.

Ermənistanın sabiq prezidenti, Dağlıq Qarabağ münaqişəsinin təşəbbüskarlarından biri Serj Sarkisyanın Ağdam, Fwzuli, Cəbrayıl, Zangilan və Qubadlıdan qoşunlarını çıxarmağı planlaşdırıb.

Generalın sözlərinə görə, bu mövzuda danışıqlar ABŞ prezidenti Barak Obama və vitse-prezident Co Baydenlə aparılıb: "O vaxt ABŞ-da Sarkisyanla Obama arasında danışıq olmuşdu. Həmin vaxt təhlükəsizlik naziri Qorik Akopyanda bu görüşün stenoqramı var idi. O, şəxsən bu barədə mənə məlumat vermişdi. Düşünürəm ki, Qorik Akopyan bu yazını Sarkisyanın razılığı ilə məhv edib".

Tiqran Barseqyan nəşri əmin edib ki, danışıqların bütün dəlilləri Milli Təhlükəsizlik Şurasının arxivindədir və şəxsən sənədlərin surətlərini saxlayır: "Əldə edilən məlumata görə, ABŞ-ın sifarişi və razılığı ilə Serj Sarkisyan 3 milyard dollarlıq investisiya müqabilində torpaqları Azərbaycana təhvil verməli idi. Amerika və beynəlxalq təşkilatların bütün rəhbərləri torpaqların yaxın gələcəkdə təhvil verilməsindən xəbərdar idilər". baku.ws


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam