Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Sarkisyanın ata evində axtarış aparılıb

Sarkisyanın ata evində axtarış aparılıb
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları sabiq prezident, keçmiş baş nazir Serj Sarkisyanın Sünik vilayətinin Teq kəndində yerləşən ata evində axtarış aparıb.
Yenixeber.org: TASS xəbər verir ki, hazırda orada heç kim yaşamasa da, bina ailə yurdu kimi saxlanılır.

Qeyd edək ki, Serj Sarkisyanın qardaşı, xüsusi tapşırıqlar üzrə səfir Levon Sarkisyan, onun oğlu Narek və qızı Ani qanunsuz yolla varlanma və gəlirləri ilə bağlı bəyannamədə düzgün məlumat verməməkdə günahlandırırlar.

Ermənistanın Dövlət Gəlirləri Komitəsinin mətbuat xidmətinin yaydığı məlumata görə, Narek Sarkisyanın mənzilində aparılan axtarış zamanı onun atası Levon Sarkisyanın adına 6,8 milyon ABŞ dollar məbləğində bank depozit sənədləri aşkarlanıb. Levon Sarkisyanxüsusi tapşırıqlar üzrə səfir kimi bu məbləği bəyannamədə göstərməyib.



Bəyanatda, həmçinin bildirilib ki, L.Sarkisyanın övladları da bəyannamələrində yuxarıda qeyd olunun məbləği göstərməyiblər. Faktla bağlı Dövlət Gəlirləri Komitəsinin İstintaq İdarəsində cinayət işi açılıb.

Xatırladaq ki, Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı Levon Sarkisyan1998-ci ildən Suriya, Tunis və İordaniyada səfir vəzifəsində çalışıb. 2010-cu ildə isə Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri təyin edilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam