Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Qarabağ münaqişəsində yeni mərhələnin anonsu verildi

 

Türkiyənin və yaxud türk diasporunun ən güclü olduğu Almaniyanın Minsk Qrupu həmsədrliyinə gətirilməsi tarixi ədalətin bərpasına işləyərdi; vasitəçilikdə balans yaratmaq zamanı yetişib...

"Xeberinfo.com":  ABŞ və Avropa öz qətiyyətində qalır: Ukraynanın ərazi bütövlüyü bərpa olunmalıdır, çünki Krımın ilhaqı beynəlxalq hüquqa savaş açmaq, qlobal təhlükəsizlik sistemini laxlatmaq cəhdidir. Belə görünür, bu mövqe Qərb-Rusiya münasibətlərinin normallaşması üçün hələ uzun müddət baş şərt, daha dəqiqi, ayırıcı “qırmızı xətt” qismində qüvvəsini saxlayacaq. Qərbin həm siyasi, həm də hərbi rəhbərlərinin bu yanaşması sözsüz ki, Azərbaycanın da köklü maraqlarına cavab verir.
Birinci ona görə ki, Avropa və ABŞ Ukraynada öz müqəddəratı təyinetmə hüququ uğrunda deyil, ərazi bütövlüyü prinsipinin bərqərar edilməsi uğrunda mübarizə aparır. Bu prinsipə görə də Moskvaya ağır sanksiyalar tətbiq edib, hətta neftin dünya bazarında çöküşünə, rublun dəyərdən düşməsinə zəmin yaradıb. 
Kəsəsi, demokratik dünya Kremlə dərs vermək istəyində ciddidir. Demək, Qərb eyni addımın Rusiyanın, yaxud başqa bir ölkənin timsalında başqa bir məkanda - istər postsovet coğrafiyası olsun, istərsə də olmasın -  dünyanın heç bir yerində təkrarlanmasını ən azından təqdir etməyəcək. 
Azərbaycandan ötrü ikinci qiymətli məqam Rusiyanın Krımı ilhaq etməsi ilə “barmağının yanması”, gözləmədiyi halda iqtisadi kollapsa tuş gəlməsidir. Bu, əlbəttə ki, analoji addımı başqa “Yaxın xaric” ölkəsinə qarşı atmaqda Moskva üçün çəkindirici faktor rolu oynayacaq. 
Doğrudur, neftin ucuzlaşmasından Azərbaycan da ziyan görür. Lakin ərazi bütövlüyü məsələsində daha əlverişli imkanlar, Qarabağ məsələsində yeni çevik manevr şansları qazanmaqla müqayisədə bu, elə böyük itki deyil. Bu mənada Ukrayna həqiqətən Rusiya ilə yerdə qalan 10 MDB ölkəsi arasına girmiş olub. 
Söz düşmüşkən, Almaniyada səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev kansler Angela Merkellə birgə keçirdiyi mətbuat konfransında rəsmi Bakının BMT Baş Məclisindəki səsvermə zamanı mövqeyini bir daha təsdiqləyərək bəyan elədi ki, Azərbaycan Ukrayna da daxil, bütün ölkələrin ərazi bütövlüyünü müdafiə edir, eyni münasibəti də özünə qarşı görmək haqqı var. “Heç bir ölkənin sərhədləri onun razılığı olmadan dəyişdirilə bilməz” - deyib İlham Əliyev. 
 
Avropa paytaxtlarının birində bu bəyanatın verilməsi şübhə yox ki, Rusiyanı qıcıqlandıran hərəkətdir. Axı Moskvada Krımın Rusiya tərkibinə daxil edilməsi tarixi ədalətin bərpası kimi təqdim edir, onun heç vaxt Ukraynaya qaytarılmayacağını bəyanlayır. Buna zidd mövqe sərgiləyən və beləliklə də dolayısıyla Qərbin sanksiyalarını müdafiə edən, onun yanında yer alan “Yaxın xaric” ölkələri rəsmi Moskvadan mərhəmət gözləməməlidir. 
Ancaq elə çıxmasın ki, Azərbaycanın, Qarabağın taleyi məhz Ukraynada həll olunduğundan, bizlik bir şey də qalmayıb. Əlbəttə ki, qalıb. Bu da odur ki, Bakı ölkənin bütün vətəndaşları və milli azlıqları üçün demokratik, hər kəsin və hər etnik qrupun haqlarının qorunduğu sivil bir məmləkət, hüquqi dövlət olduğunu dünyaya sübut eləməlidir. Əfsus ki, bu sahədə öyünüləsi, təsəlliverici heç nəyimiz yoxdur. 
Türmələri siyasi məhbuslarla dolu olan Azərbaycanın hər gün bir az da Dağlıq Qarabağdan uzaqlaşdığının, Qərbin bizə dəstəyinə ciddi əngəl yaratdığının hakimiyyət fərqində olsa pis olmaz. Yoxsa problemin həllini, ərazi bütövlüyümüzün bərpasını bu problemi yaradan və 25 ildir körükləyən, öz qonşusunun qanuni ərazisini rahatca ilhaq edən yırtıcı Rusiyadanmı gözləyirik? Qonşusunun ərazisinin bir hissəsini zəbt edən bir dövlətdən başqa bir ölkənin - Azərbaycanın ərazi bütövlüyünə dəstək ummaq məntiqlidirmi? 
Yox təbii ki. Elə həmin məntiqə görə də biz ərazi bütövlüyü məsələsində daha prinsipial, daha ədalətli və daha ardıcıl olan Qərbin yanlında qərar tutmağa məhkumuq. Eyni zamanda ATƏT-in Minsk Qrupunun rəhbərliyində balansı bərpa eləmək üçün həmsədrliyə Türkiyə və ya türk diasporunun ən güclü olduğu Almaniyanın gətirilməsinə nail olmalıyıq - üstəlik, bunu rəsmi Berlin özü də arzulayırsa.
Prezidentin Almaniya səfəri və Merkelin Qarabağ mövzusunda söylədikləri də göstərdi ki, bunun zamanı artıq çatıb. Onu da yaddan çıxarmayaq ki, rəsmi Berlin Qarabağ və işğal məsələsində nala-mıxa vurmadan, təmənna irəli sürmədən daim Azərbaycanın ərazi bütövlüyünü tanıyan yeganə böyük Qərb dövlətidir. (musavat.com)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam