Redaktor seçimi
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Günün xəbəri

Lavrov və erməni əzizlərinin arzularına cavab

 

 
Yenixeber.org: Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Qarabağda müharibə olmayacağı ilə bağlı söyləntisi heç də təəccüblü görünməməlidir. Bu, tək S. Lavrovun fikri deyil, bir çox siyasətçilər elə düşünür. Nə ki, siyasətçilər hətta Azərbaycan vətəndaşlarının əksər hissəsi elə düşünür. Nə qədər acı olsa da, həqiqət belədir. Bu fikri də son iyirmi ildə gedən proseslər, atılan addımlar formalaşdırıb.
İctimaiyyət görür ki, bir zərərçəkən olaraq Azərbaycan dövləti heç bir əsaslı addım atmır. Xalq quru vədlərdən bezərək, ayağa qalxıb, Qarabağa yürüş etmir. Heç kim bu istiqamətdə üzərinə düşən vəzifənin az bir qismini belə həyata keçirmir. Ona görə də Paşinyan çərənləyir, Lavrov züy tutur. Bizim kimi iradəsiz, fərsiz düşmənlə başqa necə danışmaq olar ki…
Bizim torpaqlarımız işğaldadır və güya biz ərazilərimizin geri qaytarılması üçün mübarizə aparırıq, amma yenə də həmlədə olan ermənilərdir. Siyasətçisindən fahişəsinə qədər hamısı mübarizə aparır bizə qarşı. Biz isə hələ də ermənilərin islah olunacağı günü gözləyirik. Olmayacaq günü…
Tarix boyu dəyişməyən və heç vaxt dəyişməyəcək bir həqiqət var ki, erməni adlı canlılar yalnız güclünün yanında olurlar, bir az da dəqiqləşdirsək güclünün tulası ola bilirlər. Onlar yalnız güclülərin ovunun arxasınca qaçırlar. Bu mənada biz elə təşkilatlanmalı, elə fəaliyyət göstərməliyik ki, güclülərin ovu olma riskindən qurtula bilək. Bu problemi həll etmədikcə erməni sorunu bizə rahatlıq verməyəcək.
Sergey Lavrov ermənipərəstdir, bir az da dəqiqləşdirsək elə ermənidir. Onun "Qarabağda müharibə olmayacaq!” deməsi, deyə bilməsi heç də təsadüf deyil. Bu, bəlkə də Qarabağ ətrafında son zamanlar erməni və dostlarının verdiyi bəyanatlar içərisində ən diqqətə alınmalısıdır. Bu bir təhdiddir, əslində… bu bir uyarıdır… Bu, ədalətsiz güclünün diqtəsidir. Lakin, Azərbaycan dövləti, xalqı ayağa qaldırmalı, işğalda olan torpaqları xalq tələb etməlidir. Çünki, biz dünyaya göstərməliyik ki, Qarabağ kiminsə üçün siyasi məsələ ola bilər, bizimçün mənəvi məsələdir.
Və, biz Qarabağ uğrunda döyüşəcəyik. Lavrovun da, onun əzizləri olan ermənilərin də arzuları ürəklərində qalacaq. Dünyada sonuncu Azərbaycan türkü qalsa belə Qarabağ uğrunda savaşacaq, mütləq savaşacaq!(criminal) 
Vasif Qurbanzadə

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam