Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Qarabağda hərbi əməliyyat başlayacaq – “Azərbaycan hazır olmalıdır”

 

Qarabağda hərbi əməliyyat başlayacaq –

“Paşinyanın Qarabağ klanı ilə mübarizəsisində bir neçə istiqamət görmək olar. Qərbyönlü siyasətçilər ruspərəst siyasətçilərlə mübarizə aparırlar. Eyni zamanda onu da görürük ki, Qərb də Paşinyanı o qədər qəbul etmir. Hiss olunur ki, Qərb Paşinyana etibar etmir”.

Yenixeber.org: Bunu saytımıza açıqlamasında keçmiş xarici içlər naziri Tofiq Zülfüqarov deyib. O, bildirib ki, bu səbəbdən Qərbin Ermənistana ciddi maliyyə dəstəyi edib, bu ölkəni Rusiyanın nəzarətindən çıxarıb öz nəzarətinə götürməsi mümkünsüz görünür və çox mürəkkəb proseslər gedir:

“Hesab edirəm ki, Köçəryanın yenidən həbs edilməsi ilə Paşinyan Qərbə göstərmək istəyir ki, qərbyönlü siyasətçi olmaqda israrlıdır. Amma o, belə addımları ilə inam qazana bilmir. Gələcəkdə Ermənistanda baş verə biləcək böhranlar daha çox sosial yöndə görünür. 

Əvvəllər dediyim kimi, bir daha bildirirəm ki, Paşinyan Qarabağda hərbi əməliyyatların bərpasına çalışacaq. Uğurlu olub-olmamasından asılı olmayaraq, göstərməyə çalışacaq ki, Rusiya Ermənistanı satıb. Gedən ssenari buna bənzəyir. Paşinyanın başqa yolu qalmayıb. Gec və ya tez bu ssenari reallaşacaq. Azərbaycan buna hazır olmalıdır”.(müsavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam