Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Qorxunc xəbərdarlıq:“Pakistan-Hindistan nüvə savaşı qlobal fəlakətlərə səbəb olacaq”

 

Alimlər Hindistan və Pakistan arasında nüvə zərbəsi mübadilələrinin nəticələrini araşdırıblar və olduqca dəhşətli sonuclara gəliblər.

Yenixeber.org: Bu məlumat Avstriyanın “Der Standart” qəzetinin mövzu ilə bağlı məqaləsində qeyd olunub.

Qəzet bir neçə gün öncə Pakistanın baş naziri İmran Xanın BMT Baş Assambleyasında emosional çıxışındakı sözlərini xatırladıb. Burada Pakistan rəhbəri Kəşmir problemində “qan töküləcəyi” barədə xəbərdarlıq edib və hətta nüvə silahından istifadə olunması ehtimalını dilə gətirib.

“Situasiya hazırda olduqca kritikdir. Əlbəttə, heç bir tərəf belə bir addıma getmək istəməz. Lakin artıq alimlər regional nüvə savaşının nəticələri ilə bağlı mümkün ssenariləri işləyib, hazırlayıblar”, - deyə yazı müəllifi Tomas Berqmayer qeyd edir.

Onun bildiridiyinə əsasən, ABŞ-ın Kolorado ştatında yerləşən Boulder universitetinin və Nyu-Cersi ştatının Rateqr universitetinin alimləri belə bir hipotetik (fərz edilən) nüvə münaqişəsinin nəticələrini təhlil ediblər. 

Ekspertlərin gəldiyi qənaətə görə, bu müharibə heç bir halda lokal səciyyə daşıya bilməz və bütün dünya üzrə milyonlarla insanın ölümünə səbəb olacaq.

“Hazırkı an etibarı ilə Pakistan və Hindistanın sərəncamında 150 nüvə başlıqlı raket var. 2025-ci ilə qədər bu rəqəmin 200-ə çatması gözlənilir. Savaşın ilk dövrlərində 250 nüvə raketi ilə vurulacaq zərbə nəticəsində 50-125 milyon arası insan öləcək. Özü də bu insanlaırn əksəriyyəti nüvə partlayışlarından dərhal sonra deyil, ondan sonra yaranacaq yanğınların ucbatından həlak olacaqlar”, - deyə məqalədə bildirilir.

Alimlərin hesablamalarına əsasən, Hindistan və Pakistan arasındakı nüvə müharibəsində Yer kürəsinin atmosferinə ən az 36 milyard kiloqram karbon tüstüsü hopacaq. Qara buludlar Günəşin işığını bütün planet boyunca örtəcək və nəticədə Yer üzündə temperatur 5 dərəcə selsi aşağı düşəcək. Nəticədə atmosfer qalıqlarının kəmiyyəti 15-30% azalacaq, bu isə öz növbəsində bitkilərin biokütlə halında daha az enerji toplamasına gətirib, çıxaracaq.

“Ekspertlər həmin hadisənin kənd təsərrüfatı üçün əsl fəlakət olacağını qeyd edirlər. Bunun sayəsində bütün dünyada ciddi ərzaq qıtlığı yaranacaq. Üstəlik, karbon buludları ən az 10 il Günəş işığının atmosferdən keçməsinə imkan verməyəcək”, - deyə məqalədə belə bir qaranlıq mənzərə təsvir edilib.(müsavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam