Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

HİLLARİ KLİNTON QİSAS ALMAĞA HAZIRLAŞIR:“Tramp xarici siyasəti reketə çevirib və diplomatlara arxadan zərbə vurur” – Təhlil

Ceykob E. Haylbrunn

National Interest (ABŞ)28.09. 2019

 

Yenixeber.org: O qayıdır.

Demokratik Partiyadan Birləşmiş Ştatlar prezidentiliyinə keçmiş namizəd, 2016-cı ildə seçkiləri ABŞ-ın indiki prezidenti Donald Trampa uduzmuş   Hillari Klinton “CBS News”a cümə axşamı senytabrın 26-da yayımlanan müsahibəsində onun üzərinə düşüb. Klinton Trampı “qeyri-legitim prezident” adlandırıb. O, növbəti gün, cümə günü Corcstaun Universitetinə gəlib, burada bildirib ki, Tramp Amerikanın xarici siaysətini “reket”ə çevirib və diplomatik xidmətin işçilərinə “arxadan zərbə vurub”.

Aydındır ki, Klinton “CBS”ə müsahibənin gedişində öz qızı Çelsi Klintonla birgə yazdığı yeni kitabını reklam eləməyə çalışıb. Lakin Klintonun Trampa qarşı yönələn bütün biclikləri əsas sualı qaldırır: o, 2020-ci ildə qisasa hazırdırmı?

Onun Trampa hücumunun azınlığı işarə edir ki, Trampa meydan oxuya bilər. Birincisi, 2016-cı ildə öz səhvi ucbatından uduzduğu haqda rəyi təkzib edib. Klinton bildirib ki, Tramp müxtəlif gizli üsullardan istifadə edib ki, seçicilərin həqiqi qərarını pozsun. Klinton Demokratik Partiyadan ABŞ prezidentliyinə indiki namizəd Co Baydeni də var gücü ilə müdafiə etməyə çalışıb. O bildirib:

Bu, Baydenə qarşı yalandan istifadə etmək cəhdidir. Və Birləşmiş Ştatların ölkə konstitusiyasını qorumağa and içmiş prezidenti xarici hökuməti öz siyasi məqsədlərini izləməyə faktiki vadar etmək üçün öz səlahiyyətlərindən istifadə edərkən sizin demokratların, ya respublikaçıların tərəfdarı olub-olmadığınız mənə fərq etməz. Mən düşünürəm ki, bu məhz qurucu ataların mümkün ciddi cinayət və sui-istifadələrdən narahat olduqları məsələdir”.  

2016-cı il seçkiləri haqda Klintonun mövqeyini, çətin ki, gözlənilməz adlandırmaq olar. Respublikaçıların seçkiqabağı qərargahında əvvəlcə narahatlıq ifadə ediblər ki, 2016-cı il seçkilərinin nəticələri saxtalaşdırıla bilər, amma Trampın qələbəsindən sonra demokratlar gözlənilmədən oxşar mövqe tutublar. Keçmiş xüsusi prokuror Robert Müllerin məruzəsi seçkilərlə bağlı ziddiyyətləri və Rusiyanın mümkün təsirini ayırd etməyə yardım etməliydi, lakin yekunda respublikaçılar və demokratlar arasında qütbləşmə yalnız güclənib.

Məsələ Klintonun Trampı Oval kabinetdən qovmaq üçün gərəkli hər şeyi olduğunu sübut etməkdən yana ona qarşı daha bir yürüş istəyib-istmədiyindən ibarətdir. Geniş yayılmış fikrə görə, Bayden əsil seçkiqabağı davaya qatılmaq üçün artıq son dərəcə qocalıb, Demokratik Partiyadan başqa bir namizəd, senator Elizabet Uorren isə həddindən artıq solçu baxışlara tərəfdardır, buna görə də Uoll-stritdə (Nyu-Yorkda maliyyə məhəlləsi-tərc.) ona, sadəcə, nifrət edirlər. Klintona gəlincə, Uoll-stritdə onu sevirlər, o isə qarşılıqlı cavab verir. Klinton seçkiqabağı qovğaya qatılaraq demokratları 2016-cı ildə oğurlananı qaytarmağa çağıra bilər.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam