Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

ƏRDOĞAN-NETANYAHU DUELİ: BMT-də atılan "güllə"yə "Tvitter"də cavab verildi

“Middle East Eye”, 24.09.2019

 

Yenixeber.org:  Türk liderinin Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasındakı (UNGA) nitqində İsraili ittiham etməsindən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İsrail baş naziri Benyamin Netanyahu üz-göz olublar.

Çərşənbə axşamı Nyu-Yorkda keçirilən Baş Assambleyadakı çıxışında Ərdoğan, Netanyahu kimi, əlində rəsmli plakat tutaraq Fələstinin işğalına görə İsraili tənqid edib.

“Bu gün İsrailin işğalı altındakı Fələstin əraziləri ədalətsizliyin ən çox hökm sürdüyü yerlərdən birinə çevrilib”, – deyən Ərdoğan bərabərhüquqlu, iki dövlətli həll yolu tapmağa çağırıb.

Ərdoğanın çıxışında istifadə etdiyi görüntülərdən biri İsrailin 1948-ci ildə qurulduğu gündən bəri Fələstinin nəzarətində olan torpaqları ilhaqını göstərən məşhur zaman kəsiyi xəritələri idi.

Netanyahu son xoş nəticəsiz seçkidən sonra iqtidar ittifaqı qurmağa çalışaraq ölkəsində qaldığından UNGA-ya qatılmayıb. Amma yenə də səsini eşitdirib.

“Tvitter”də yayımlanan videoda birbaşa kameraya danışan Netanyahu şəxsən Ərdoğana müraciət edib: “İsrail haqqında yalan danışmağı dayandırmayan, öz ölkəsindəki kürdləri öldürən və erməni xalqının dəhşətli qırğınını inkar edən İsrailə öyüd-nəsihət verməməlidir. Ərdoğan, yalan danışmağı dayandır”.

Çox keçmədən, Türkiyənin rabitə üzrə direktoru Fahrettin Altun bu çıxışa təpki verib, Netanyahunun “təpədən-dırnağa korrupsiya ittihamlarına bulaşdığını” deyərək İsrail baş nazirini Ərdoğanın BMT-nin çıxışından “diqqəti daxili problemlərindən yayınmaq üçün bir yol” olaraq istifadə cəhdində ittiham edib.

“İstənilən seçkidə qalib gələ biləcək bir liderə hücum etmək əvəzinə, vaxtınızı məhkəmə iclasına hazırlaşmağa sərf etməlisiniz”, – deyə Altun “Twitter”-də Netanyahunun videosunu yenidən paylaşıb.

Bu arada, İsrail prezidenti Reuven Rivlinin Çərşənbə günü, sentyabrın 25-də kimin koalisiya hökuməti quracağını açıqlaması gözlənilir.

Çox güman ki, o, “Mavi və Ağ”ın namizədi Benni Qantz və “Likud”un lideri Netanyahu arasında seçim edəcək. Hər ikisi 61 yerlik çoxluğu qazana bilməyib.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam