Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

Deputat Eldar İbrahimov sözlərini dandı:"Mən onlara qarşı çıxmamışam..."

Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Eldar İbrahimov mətbuatda yer alan fikirlərinə aydınlıq gətirib.

Yenixeber.org: E.İbrahimov deyib ki, “düşmən” ifadəsini keçmişdə Azərbaycan Xalq Cəbhəsindən olan deputatlara aid edib.

O qeyd edib ki, həmin şəxslər dövlətçiliyə qarşı çıxıblar:“Onlar dövlətçiliyə düşmən kimi idilər”.

E.İbrahimov bildirib ki, “düşmən” ifadəsini hazırda Milli Məclisdə təmsil olunan və ya olunmayan partiyalar haqqında deməyib: “Parlamentdə təmsil olunan patiyaların nümayəndələri iqtidarın deputatları kimi mənə əzizdir. Onlar özləri də bunu yaxşı bilirlər. Çünki həmin şəxslər konstruktiv mövqedən çıxış edirlər. Ona görə də, onlar haqqında elə söz deməmişəm, demərəm də. Ola bilər, fikirlərim düzgün başa düşülməyib, bəlkə kimlərsə ara qarışdırmağa çalışır…

Eldar İbrahimov nə dediyini, yaxşı bilir. Müsahibəmdə fikirlərim yanlış anlaşıla bilər, amma bir daha qeyd edirəm ki, dediklərim hazırki partiyaların nümayəndələrinə aid deyil. Milli Məclisdə təmsil olunan digər partiyalardan olan deputatlara qarşı çıxmamışam… Ara qarışdırmaq istəyənlər əbəs yerə özlərini yormasınlar”.

Qeyd edək ki, E.İbrahimovun “Bəziləri bizim tərəfimizə keçdi, pul qazandı, hətta deputat da oldu. Amma bir şeyi deməliyəm ki, düşməndən sənə dost ola bilməz. Düşmən gəlib, içəriyə daxil olacaq və bir gün yenə öz düşmənçiliyini göstərəcək” fikri cəmiyyətdə ciddi müzakirələrə səbəb olub/Report.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam