Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Komitə sədrindən yol polislərinə sərt tənqid

 

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı Dövlət Yol Polis İdarəsinin (DYP) bir sıra əməkdaşlarının xidməti mədəniyyətsizliyi və məsuliyyətsizliyi ilə bağlı çıxış edib.
"Xeberinfo.com":  Məlumata görə, E.İbrahimov deyib ki, bir sıra yol polis əməkdaşları deputatları nəinki tanımır, hətta tanıdığı halda belə ona qarşı mədəniyyətsizlik nümayiş etdirir: “Yol polis əməkdaşından soruşun ki, Milli Məclisin avtomobillərinin nömrəsi haradan başlayır, harada qurtarır? Prezident Administrasiyasının nömrələri haradan başlayır, haradan qurtarır. Məni maşına görə tanıyırsız. Mənim alnıma yazılmayıb ki, Milli Məclisin deputatı Eldar İbrahimovam. Avtomobil nömrəm “10-AA-409”dur. Polis bilməlidir ki, bu hansı orqanın avtomobilidir. Bilməlidir ki, bunu idarə edən deputatdır. Nəzakətli şəkildə deməlidir ki, buyurub keçin və sairə. Ancaq bizim polislərdə bu mədəniyyət çatmır. Bununla bağlı mənə çox şikayətlər olur. Hətta öz başıma da gəlib, məni də saxlayıblar. Polisə Milli Məclisin deputatlıq vəsiqəsini göstərmişəm. Deyirəm oxuyun ki, orada nə yazılıb. Mənə deyir ki, bu vəsiqədən hamıda var. Deyirəm, a kişi, bundan yalnız 125 deputatda var. Üzr istəyirəm, bu cür “dana”lar haradan gəlib?
Bunları işə götürəndə təbliğat işi də aparılmalıdır. Bunlara bir başa salınmalıdır ki, deputat, prezident, baş nazir kimdir. Yəqin ki, bunlar məhkəmə şurası üzvlərini də tanımır. Mən arzu edirəm ki, bunlar olmasın. Mən demirəm ki, biz günahsızıq. Dövlət adamıyıq, qanunlara tabe olmalıyıq. Amma onlara başa salmaq lazımdır ki, bizə küçədə qanunsuzluq edən insanlar kimi yanaşmasınlar”.

Publika.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam