Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Sahib İbrahimov müflis olub, kirayə evdə yaşamağa başlayıb

 

 

Sahib İbrahimov: “Məni susdurmaq üçün barəmdə cinayət işi açdılar”

“Mən bu gün kirayədə yaşayıram. Banklar evlərimi əlimdən alıblar. Bir neçə gün öncə uşaqlarımı da məktəbdən çıxarıblar. Onlar da mənim kimi ev dustağına çevriliblər. Anlamadığım bir şey var, sizin təzminat ödənişi göstərişinizi 11 ildir yerinə yetirmirlər. 11 ildə 4 övladım, 2 nəvəm dünyaya gəlib. Bütün ailə tam bir fəlakətdə yaşayır”- hazırda ev dustağı olan iş adamı Sahib İbrahimov özünün facebook profili üzərindən ölkə rəhbərliyinə videomüraciətdə belə deyib. İş adamı S.İbrahimov dələduzluqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilir.

Yenixeber.org: Sahib İbrahimov “Yeni Müsavat”a deyib ki, Bakının Səttar Bəhlulzadə 14 ünvanında onun şirkəti tərəfindən inşa olunan binanın sökülməsinə və ona təzminat verilməsinə göstəriş verilib: “Mənə tapşırıq verilib, yerinə yetirmişəm. Sözü verilən təzminatla, mənə dəymiş ziyan ödənilməyib. Mən cinayətkar deyiləm. Mənə qarşı təqiblərə son qoyulmasını, cinayət işinə xitam verilməsini istəyirəm”.

MÉÅhur iÅ adamı Sahib Ä°brahimov ile ilgili görsel sonucu

S.İbrahimov hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində davam edən məhkəmə prosesindən danışarkən qeyd edib ki, 11 ildir ona təzminat ödənmir: “Hamı bilir ki, orada nə məhkəmə gedir. 11 ildir ki, təzminatla bağlı müraciət edirik, bizə cavab verən yoxdur. 11 ildir bilmirik ki, bu binanın pulunu kim verəcək, necə verəcək? Teleqram göndəririk cənab prezidentə çatmır, videomüraciət edirik, cənab prezidentə çatmır. İmkan vermirlər ki, gedib prezidentə çatsın. Prezident 3 dəfə göstəriş verib ki, gedib iş adamının təzminatını ödəyin. Ödəmirlər. Biz də prezidentə sözümüzü çatdıra bilmirik. Ona görə də əlacsız qalıb videomüraciət yaymışıq. İnşallah, baxar. Düşünürük ki, bir gün baxar. Nə qədər olar məktubları gizlətmək. Məhkəmə də gedir. Ora gələn zərərçəkənlər məni tanımırlar, məndən şikayətçi də deyillər”.

İttiham aktına görə Sahib İbrahimov külli miqdarda dələduzluq etməkdə şübhəli bilinir. İş üzrə 52 zərərçəkən var.

Sahib İbrahimov deyir ki, prezidentə əvvəlki müraciətlərindən sonra ona qarşı addımlar atılıb, susdurulmasına cəhdlər olub. “Bəs son müraciətinizə mənfi və ya müsbət mənada reaksiya varmı” sualına Sahib İbrahimov “Hələlik heç bir reaksiya yoxdur” deyə cavab verib: “Məni susdurmaq üçün üstümə cinayət işi açdılar. Bəlkə susum. Mən videomüraciətimdə də bunu dedim. Ümid edirəm ki, müraciətimə baxılacaq”.

Qeyd edək ki, hazırda iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırmalar davam edir.

E.HÜSEYNOV


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam