Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Patruşevin Azərbaycana səfərinin gizlinləri –Şərh

 

Patruşevin Azərbaycana səfərinin gizlinləri –

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Azərbaycana səfəri gündəmin əsas müzakirə mövzularından biridir. 

Yenixeber.org: Nikolay Patruşev sentyabrın 3-də Azərbaycana gələrək prezident İlham Əliyevlə görüşüb. Rəsmi məlumatlara görə, görüşdə Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, təhlükəsizlik aspektləri müzakirə edilib.

Məlumatlarda o da qeyd olunur ki, Nikolay Patruşevin rəhbərlik etdiyi nümayəndə heyəti Bakda ekstremizmə, terrorçuluğa qarşı mübarizə ilə bağlı qanunvericilik və əməkdaşlıq məsələlərini müzakirə edib. Nikolay Patruşev bu mövzuları detallı şəkildə Azərbaycanın Təhlükəsizlik Şurasının yeni katibi Ramil Usubovla müzakirə edib. 

Nikolay Patruşevin Azərbaycana səfərini saytımıza şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, poliroloq Elxan Şahinoğlu bildirib ki, Rusiya Təhlükəsizlik Şurasının katibi az qala ildə bir dəfə həm Azərbaycana, həm də Ermənistana səfər edir və rəsmi xəbərlədə müzakirə mövzuları dəyişmir: “Buna baxmayaraq, bəzən Nikolay Patruşev hansı mövzulara üstünlük verdiyini üstüörtülü açıqlayır. Məsələn Patruşev 2017-ci ilin aprelin 10-da Bakıya səfəri zamanı belə bir cümlə işlətmişdi: “Əlaqələrimizin inkişafında təhlükəsizlik məsələlərinin rolu böyükdür. Təhlükəsizlik təmin olunarsa, iqtisadi, mədəni və bütün digər sahələrdə əməkdaşlığın inkişafında hər hansı bir problem ola bilməz”.

Belə görünür ki, Kreml iki il əvvəl də, indi də Azərbaycanla əməkdaşlıqda təhlükəsizlik məsələsini bütün digər mövzuların önündə qoyur. Bəlkə də, bu, Rusiyanın rəsmi Bakıya “müharibəyə başlamayın” mesajıdır ki, bu fikri Patruşev qapalı görüşlərdə Azərbaycan rəsmilərinin diqqətinə çatdırır. Nikilay Patruşevin avqustun 12-də İrəvana səfəri də bu mövzuyla əlaqəli olub”, - deyə Elxan Şahinoğlu vurğulayıb.

Nikolay Patruşevin əvvəllər Rusiya kəşfiyyatına başçılıq etdiyini və onun Azərbaycandakı və Ermənistandakı vəziyyət haqqında kifayət qədər kəşfiyyat məlumatlarına malik olduğunu xatırladan politoloq əlavə edib ki, Təhlükəsizlik Şurasının katibi bir sıra hallarda Kreml sahibinin xüsusi mesajlarını çatdırmaq üçün bu və ya digər ölkəyə səfər edir.

“Rusiya bölgədə müharibənin əleyhinədir. Ancaq Kreml onu da müşahidə edir ki, birincisi, Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsi haqqındakı məntiqsiz fikirləri bölgədə müharibə risqini artırır, ikincisi Azərbaycanda münaqişənin güc yoluyla inanların sayı artır və rəsmi Bakı Naxçıvan və Qazax istiqamətlərindəki apardığı əməliyyatlar çərçivəsində Ermənistana qarşı hərbi təzyiqdən istifadəyə meyllənib. Bu gedişat Rusiyanın maraqlarına xidmət etmir. Ona görə də Kreml Patruşevi həm İrəvana, həm də Bakıda göndərir ki, hər iki tərəfi lokal toqquşmadan çəkindirsin.

Nikol Paşinyan avqustun 5-də Xankəndidəki çıxışında “Qarabağ Ermənistandır” dedikdən düz 1 həftə sonra Patruşev İrəvana getdi və o rəsmi İrəvanın dəyişən ritorikasının bölgədə müharibə risqini artırdığını erməni həmkarlarına anlatmağa çalışdı. Nikolay Patruşev Paşinyanla görüşə başqa bir missiya ilə də getmişdi.

Paşinyan Vladimir Putinin etirazlarına rəğmən, keçmiş prezident Robert Köçəryanı həbsdə saxlamaqda davam edir. Putin bu yaxınlarda həbsdə olan Köçrəyana artıq ikinci təbrik məktubunu göndərib. Budəfəki məktubda o, Köçəryanı 65 yaşının tamam olması münasibətilə təbrik edib. Siyasi tarixdə görünməyən hadisədir ki, bir dövlətin başçısı digər dövlətdə həbsdə olan siyasətçini iki dəfə ard-arda nəyəsə görə təbrik edir. Bu Putinin Paşinyana birbaşa mesajıdır ki, səbrimi daşırdma! Putin Patruşevin İrəvana səfərləri vasitəsilə Köçəryanı həbsdən azadlığa çıxmasına nail olmaq istəyir. Paşinyan Köçəryan məsələsində Kremlin təzyiqləri ilə üz-üzə qalsa da, eks-prezidenti azad etməklə “Qarabağ klanının” əlini gücləndirmək istəmir. Ancaq Paşinyanın Kremlin Köçəryan məsələsində təzyiqlərə hansı həddə qədər dözəcəyi sual altındadır”, - deyə Elxan Şahinoğlu bildirib.

Politoloq daha sonra qeyd edib ki, Nikolay Patruşevin İrəvan səfərləri Ermənistanın indiki hakimiyyətinin maraqlarına cavab vermədiyi kimi, onun Bakıda müharibənin qarşısını almaq çağırışları da Azərbaycanın maraqlarına cavab vermir: “Kremlə bölgədə sakitlik lazımdır. Ancaq torpaqların işğalının davamına şərait yaradan sakitlik Azərbaycanın maraqlarına cavab vermir.

Rusiya Təhlükəsizlik Şurasının katibinin Azərbaycana hər səfəri bir maraqlı təsadüflə və ya gerçəkliklə də yadda qalır. Nikolay Patruşev hər dəfə Bakıda olanda Azərbaycan-Türkiyə hərbi əməkdaşlığına yönəlik hansına önəmli hadisə baş verir. Məsələn 2017-ci ilin apprelində Patruşev Bakını tərk etdikdən dərhal sonra Türkiyə Hərbi Dəniz Qüvvələrinin komandanı Bülənt Bostanoğlu Azərbaycana üç günlük səfərə gəldi.

Bülənt Bostanoğlunun Bakıya səfəri yerinə düşdü. Rusiya Xəzərdə hərbi imkanlarını genişləndirir. Heç bir Xəzəryanı dövlət buna etiraz etmir. Ancaq əgər Rusiyanın Xəzərdə hərbi qüdrətini artırmaq hüququ varsa, başqa ölkələrin də oxşar hüququ var. Eynilə Azərbaycan da strateji tərəfdaşlarının köməyi ilə Xəzərdə hərbi imkanlarını artırmaq hüququna malikdir və bu məsələdə Azərbaycan tərəfdaşlarından real dəstək almaq hüuquna malikdir. Türkiyəli generalın Bakıya səfəri ona işarəydi ki, Türkiyə Azərbaycan hərbisinin müxtəlif istiqamətlərində inkişafı məsələlərində dəstəyini əsirgəməyəcək.

Patruşevin bu dəfəki səfəri də Azərbaycanla Türkiyənin hərbi hava qüvvələrinin birgə “TurAz Qartalı - 2019” taktiki-uçuş təlimlərinə təsadüf edib. Bu dəfə də Türkiyədən Azərbaycana yüksək rütbətli generallar gəlib. Əgər Rusiyadan təhlükəsizliklə bağlı Bakıya gələn heyətlərin səfərləri hansısa mövzuda xəbərdarlıq mahiyyəti daşıyırsa, Türkiyədən Bakıya gələn heyətlərin məqsədi ikitərəfli strateji əməkdaşlığın inkişafına və Azərbaycanın təhlükəsizlik imkanlarının artışına xidmət edir”.(yenisabah)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam