Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycanla Rusiya arasında - təhlükəsizliyə dair danışıqlar keçirilib

 

Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi Ramil Usubov Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevi qəbul edib. 

Yenixeber.org:  Görüşdə terrorçuluq və ekstremizmlə mübarizə məsələləri, habelə iki ölkə arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

R.Usubovu hazırkı vəzifəyə təyin olunması münasibətilə təbrik edən qonaq iki ölkə arasında təhlükəsizlik şuraları və güc qurumları xətti ilə əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyinə əmin olduğunu bildirib.

“İki ölkənin bir sıra nazirlik və idarəçilərin ekspertləri arasında keçirilən məsləhətləşmələr zamanı terrorçuluq və ekstremizmlə mübarizə sahəsində qanunların təkmilləşdirilməsinə, habelə inmformasiya təhlıükəsizliyinin təmin olunmasında əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirilib”, - deyə Rusiya Təhlükəsizlik Şurasının məlumatında qeyd olunub.

Rusiyalı qonaq həmçinin iki ölkə arasında iqtisadi və humanitar əməkdaşlığın da sürətlə inkişaf etdiyini deyib. O, Rusiya-Azərbaycan dövlət sərhədində müştərək infrastruktur layihələrinin və hərbi-texniki əməkdaşlığın daha da inkişaf etdirilməsinin də əhəmiyyətini vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam