Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Avropa İttifaqından ABŞ-ın Cavad Zəriflə bağlı qərarına reaksiya: "Biz onunla çalışmağa davam edəcəyik”

Avropa İttifaqı ABŞ hökuməti tərəfindən qara siyahıya salınmış İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə bundan sonra da çalışacaq.

Yenixeber.org:  Bunu Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS – European External Action Service) sözçüsü Karlos Ruiz de Qordexuela keçirdiyi brifinqdə bildirib.

“ABŞ-ın bu barədəki qərarına təəssüf edirik. İranla diplomatik təmaslar zəruri olduğu üçün bu ölkənin ən yüksək rütbəli diplomatı olan Zəriflə çalışmağa davam edəcəyik”, – deyə Aİ rəsmisi qeyd edib.

Ötən gün ABŞ hökuməti İran rejiminin beynəlxalq birlik üçün siması olduğu, Tehranın nüvə proqramını, ballistik raket yaradılmasını, terrorçu şəbəkələr qurulmasını dəstəkləyən təbliğat və dezinformasiyanın başında durduğu üçün xarici işlər naziri Məhəmməd Cavad Zərifə qarşı sanksiya tətbiq etdiklərini açıqlamışdı/


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam