Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Avropa İttifaqı -Oman körfəzindəki hadisələrlə bağlı bəyanat verib

Avropa İttifaqı Oman körfəzindəki hadisələrlə bağlı tərəfləri mümkün qədər təmkinli olmağa çağırıb.

Yenixeber.org: Bu barədə Avropa Komissiyasının vitse-prezidenti, Avropa İttifaqı Xarici İşlər və Təhlükəsizlik Siyasəti ali nümayəndəsi Federika Mogerini Aİ Xarici İşlər Şurasının görüşündən əvvəl jurnalistlərə bildirib.

“Maksimum dərəcədə təmkinli olmağa çağırırıq. Məncə, dünyanın daha bir böhrana yol verə bilməyəcəyi barədə BMT Baş katibinin fikirləri müdrikdir. Əlbəttə ki, bunu nazirlərlə də müzakirə edəcəyik”, – deyə diplomat vurğulayıb.

Xatırladaq ki, üç gün əvvəl Panama qeydiyyatlı “Kokuka Courageos” və Marşal adaları bayrağı altındakı “Front Altair” tankerləri Hörmüz boğazından keçdikdən Oman körfəzinin bəynəlxalq sularında sonra hücuma məruz qalmış, gəmi heyətləri təxliyyə olmuşdu. ABŞ bu hücumda İranı ittiham etsə də, İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif bu ittihamların əsassız olduğunu bildirib. İran Silahlı Qüvvələri də hadisə yerinə yardım üçün gəmi və helikopter göndərdiklərini açıqlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam