RUSİYANIN YENİ TƏKLİFİ: Korfəz monarxiyalarının sağırlığının səbəbi nədir?
“Əl-Monitor”, 24.07.2019
Yenixeber.org: İyulun 23-də Rusiya prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə nümayəndəsi və xarici işlər nazirinin müavini Mixail Boqdanov Fars körfəzində kollektiv təhlükəsizlik təklifini irəli sürüb.
Sənəd subregionun qarşılaşığı təhlükəsizlik problemlərinə Rusiyanın baxışı və zəngin münaqişə potensialının azaldılmasına, mövcud böhranların həllinə kömək edə biləcək bir sıra siyasi qərarlar təklif edir.
Təklifin vacibliyi: Moskva İranla ABŞ və onun regional müttəfiqləri arasında gərginlk dövründə belə bir təklifi təqdim edir. Planda göstərilən fikirlərin heç biri əslində, yeni deyil, onları illərdir rus diplomatları və digər rəsmilər söyləyirlər.
Bölgədəki vəziyyətin daha da pisləşməkdə olduğu və iştirakçı tərəflər qarşılıqlı effektiv şəkindirmə yollarını tapmağa çalışarkən, vəziyyət diplomatiya və digər siyasi mexanizmlər vasitəsi ilə həll edilməlidir.
Mövcud yol, strategiyadan göründüyü kimi, düşünülmüş olmasa da, hərbi qarşıdurma riskini nəzərə alır. Rusiyanın təklifi bölgədə mütləq sülh yaratmaya, müharibə istəyənlərə bütün siyasi variantların tam araşdırılmadığını görmək imkanı verə bilər. Eyni zamanda, müharibədən qorxanlara rus badalağı ilə müharibə istəməyənlərdən qurtulmaq fürsəti verir.
Məqsəd: strateji baxımdan, Rusiyanın addımı ən azı iki məsələyə hədəflənir.
Birincisi, 2015-ci ildə Suriya kampaniyasına başlayandan bəri Rusiyanın ən azı özü üçün qurduğu Yaxın Şərqdə yeni nüfuzlu vasitəçi görüntüsü indi problemləri həll edən imiclə möhkəmləndirilir. Moskva nəinki bölgədə öz gündəliyini tanıtmağa çalışır, həm də həll yollarını təqdim etməyə qadir olduğunu vurğulayır.
İkincisi, Rusiyanın təklifi – məzmun və formaca – ABŞ-ın təklifi ilə kəskin ziddiyyət təşkil edir və bu, ehtimal ki, qəsdən edilir.
Vaşinqton “ərəb NATO”sunun yaradılmasına təkan verərkən, Rusiya Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Yaxın Şərq versiyası ideyasını təbliğ edir.
ABŞ İrandan davranışının dəyişdirilməsini və ya təcrid olunmasını tələb edərkən, Rusiya mehiban qonşuluğa israr edir və söhbət regional məsələlərdən getdikdə, heç bir tərəfin kənarda qalmasının tərəfdarı deyil.
Bundan əlavə, Vaşinqton subregionda hərbi güclənməni təşviq edərkən, Rusiya Körfəzdə kənar qoşunların daimi yerləşdirilməsini tənqid edib.
Sonrakı addım: Rusiya Körfəzin təhlükəsizliyinə biganə qalarkən, subregionu, ilk növbədə, Amerikanın ovlağı olaraq görüb. Amma indi o, ideya toplusunu təklif edir və bununla ilk növbədə, son onilliklərdə Yaxın Şərq üçün fəlakətlə bitən ABŞ siyastinə meydan oxuyur.
Bu fikirlərin çoxu, həqiqətən, bölgə oyunçularını maraqlandırsa da, digərlərinin ən azı bu anda qulaqlarını tıxaması ehtimalı var. Sonuncuların Rusiyanın bölgəni xarici (Amerika) hərbi mövcudluğundan azad etmək çağırışını eşitməzliyə vurmasının aşkar səbəbi var.
Körfəz monarxiyalarının təhlükəsizliyi ABŞ-a dayaqlanır. Onlar antiterror səyləri ətrafında yeni təhlükəsizlik arxitekturası yaratmaq təklifini məhz buna görə görmürlər.
Tərcümə: Strateq.az