Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Salome Zurabişvili Rusiya ilə yüksək səviyyəli siyasi dialoq təklif etdi

 

“Gürcüstandakı münaqişənin həlli üzrə mövcud Cenevrə beynəlxalq danışıqlar formatını yüksək səviyyəli diplomatik və siyasi dialoqa dəyişdirməyə ehtiyac var”.

Yenixeber.org: Bunu Gürcüstan prezidenti Salome Zurabişvili özünün rəsmi “Twitter” səhifəsində yazıb.

O qeyd edib ki, münaqişənin həllinə əsasən texniki məsələlərə baxan formatla nail olmaq mümkün deyil.

Qeyd edək ki, S.Zurabişvili martın 14-də Ermənistanda rəsmi səfərdə olarkən Cenevrə beynəlxalq danışıqlar formatını tənqid edib. O bildirib ki, bu format vəziyyətdə dönüş yarada biləcək siyasi qərarlar qəbul edə bilmir.

Cenevrə beynəlxalq danışıqlar formatı 2008-ci ildə Gürcüstan və Rusiya arasında diplomatik münasibətlərə son qoyulduqdan sonra yaradılıb. Format çərçivəsində Gürcüstan baş nazirinin Rusiya ilə münasibətlər üzrə nümayəndəsi Zurab Abaşidze və Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin 2012-ci ildən etibarən qeyri-rəsmi dialoq aparırlar. Müzakirələr Gürcüstanın işğal altında olan ərazilərində təhlükəsizlik və sabitlik, humanitar vəziyyət və insan haqlarının təmin olunması istiqamətləri üzrə aparılır. Avropa İttifaqı, ATƏT və BMT nümayəndələri danışıqlar formatında həmsədrlər kimi çıxış edirlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam