Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

Qüds təhlükəsizlik toplantısı:MOSKVA İRAN-İSRAİL KOMPROMİSİ AXTARIŞINDADIR

Maksim Suçkov, Marinna Belenkaya

“Əl-Monitor”, 25.06.2019

 

Rusiya, İsrail və ABŞ-ın təhlükəsizlik şeflərinin çoxdan gözlənilən üçtərəfli görüşü gözləntiləri doğruldub: heç bir irəliləyiş və ya konkret təklif açıqlanmasa da, qarşılıqlı siyasi siqnalizasiya, diplomatik təşəxxüs və sonrakı görüşlərin təmini.

Yenixeber.org: İran – Qüdsdə aparılan danışıqların gündəm məsələsi idi və tərəflərin hər biri Tehranın siyasəti ilə bağlı məlum mövqe sərgiləyib.

Səhər iclasında danışan Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Moskva və Tehranın terrorla mübarizədə birgə fəaliyyət göstərdiyini qeyd edib.

Patruşev vurğulayıb: “Bir-birimizin siyasətinə qarşılıqlı təsir imkanına və bir-birimizi eşitmək imkanına sahibik. Biz İsrailin təhlükəsizliyi ilə bağlı narahatlıqlarını başa düşürük və bu təhdidlərin İsrailin təhlükəsizliyinə zəmanət veriləcək şəkildə aradan qaldırılmasını istəyirik. Bizim üçün bu çox vacibdir. Bu ölkədə yaşayan təxminən 2 milyon rusdilli insan var və bunu heç vaxt unutmamalıyıq. Eyni zamanda, digər regional oyunçuların milli maraqlarını heç vaxt unutmamalıyıq. Onları qəbul etməyəcəyiksə, mənalı bir nəticə əldə edə biləcəyimizə şübhə edirəm”.

Bu şərhlər Moskva üçün dilemmanın, İsrail-İran qarşıdurmasında uzlaşmanın əsasını təşkil edir. Eyni zamanda, o, Rusiyanın mövqelərini aydınlaşdırır.

Beləliklə, 2 milyon rusdilli yəhudiyə istinad israillilərdən daha çox İran və ərəblərə eyhamdır. Onlardan bəziləri prezident Vladimir Putinin Yaxın Şərqdəki siyasətinə dəstək verir, bir çoxları isə sərt tənqid edirlər.

“Baş nazir Benyamin Netanyahunun Suriyanın gələcəyi ilə dair mövqeyini tam olaraq bölüşürəm. Yalnız əlavə edəcəyəm ki, o, suveren, müstəqil olmalı, öz ərazi bütövlüyü qoruyub-saxlanmalıdır. Bu, son məqsədimizdir, – deyə Patruşev qeyd edib. – Bu, bir sıçrayışla edilə bilməz. Buna görə də, prosesində iştirak edən ölkələrlə fəaliyyətimizi planlaşdırmalı, nəticəyə yetişməkdə maraqlı olmalıyıq”.

Qüds görüşündən əvvəl Rusiya Təhlükəsizlik Şurasından bildirilmişdi ki, danışıqlarda diqqət Suriya münaqişəsini həll etmək üçün lazım olan addımlar, terroristlərin qalıqlarını məhv etmək, ölkəyə humanitar yardım və ictimai-iqtisadi yenidənqurmaya yönələcək. Rusiya nümayəndə heyəti, Yaxın Şərq ölkələrinin daxil edilməsi ilə, bütün bu məsələlərdə nə edilə biləcəyinə dair konkret fikirləri olduğunu bildirib.

Danışıqların ardından Patruşev Suriyada İranın aktivlərinə İsrailin həmlələrini “arzuolunmaz” adlandırıb. Əslində, Moskva bu hərəkətlərdən hər zaman şikayətlənib, lakin indi o, ən üst səviyyədən səslənib.

Patruşev qeyd edib ki, “İsrailin Suriyadakı hücumlarının çoxu qeyri-hərbi vasitələrlə qarşılana bilər”.

Rusiya Təhlükəsizlik Şurasının katibi Moskvanın Qüds görüşünü özü üçün vacib saydığına işarə edib. Rusiyanın İran maraqlarını qəbul etmədə israrı Moskvanın Yaxın Şərqdəki siyasi atmosferə ümumi baxışı ilə əlaqədardır.

Nikolay Patruşev də xarici qüvvələrin Suriyadan çıxmasını dəstəkləyib. Amma Netanyahu kimi deyil.

Çox vaxt Moskvanın İranın Şam üzərindəki nüfuzundan məmnun olmadığı deyilsə də, Suriyada iranlılar rəsmi hökumətin dəvəti ilə fəaliyyət göstərdiyindən onların gediş şərtlərini də Şam müəyyən etməlidir. Moskva iddia edir ki, İranla bu mövzuda danışıqlar aparılmalıdır.

Patruşev bildirib: “Suriya ilə əlaqədar bir çox mövzuda razılaşdıq. Ancaq bunun necə olacağına dair xüsusi yolları müəyyən etməklə əlaqədar dialoq davam etməlidir. Ümid edirəm ki, bu danışıqlarda gördüyümüz yaxşı niyyət ruhunu davam etdirə bilərik”.

Qüds görüşü həftəsonu Yaponiyanın Osaka şəhərində Putin-Tramp görüşünün mühüm təməlidir. İki lider arasındakı görüşün detalları və gündəmi mövcud deyil, lakin Qüdsdə müzakirə olunan məsələlər Osakada mütləq qaldırılacaq. Bu qarşılıqlı münasibətdə Vaşinqton və Moskvanın problemi Suriya-İran gündəmini ABŞ-Rusiya ikitərəfli əlaqələrinin acı vəziyyətindən ayırmaqdır.

Putin bədbindir: “Bilmirəm ki, qoy özləri Rusiya ilə münasibətlərin qurulmasına ehtiyacın olub-olmadığını həll etsinlər. Əgər dialoqa ehtiyac varsa, biz hazırıq. Əgər ehtiyac yoxdursa, biz omların həddi-buluğa yetişməsini gözləyərik”.

O, Birləşmiş Ştatlarla normallaşma perspektivlərinə şübhə ilə yanaşır, lakin bunun üçün Trumpı günahkar saymır: “Biz sistemə əsasən görürük ki, Tramp bunu etmək istəyir, amma bunu etmək mümkün deyil. Doğrudur, hər şey siyasi iradədən asılıdır”.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam