Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

İsgəndər Həmidovla bağlı son durum:“...nəzarət altındadır” 

 

Azərbaycan Xalq Hərəkatı (AXH) İdarə Heyətinin üzvləri İlyas Abdullayev və Yavər Mikayılov istisna edilməklə, saxlanılan AXH üzvlərinin hamısı sərbəst buraxılıb. 
Yenixeber.org: Məsələ ilə bağlı Azərbaycan Liberal Demokrat Partiyasının sədri , AXH-nin dönəm sədri Fuad Əliyev  açıqlama verib. Onun sözlərinə görə, qeyd olunur ki, AXH İdarə Heyətinin üzvləri İlyas Abdullayev və Yavər Mikayılov mayın 5-də keçirilən Məclisdən sonra rayon təşkiların üzvlərinə icazəsiz aksiyalara getmək barədə göstəriş və pul veriblər:

“Qeyd edim ki, belə bir şey olmayıb. AXH qanun çərçivəsində fəaliyyət göstərir.  Hesab edirəm ki, bu iki nəfər qeyri-qanuni saxlanılıb.  Bununla bağlı biz bəyanat vermişik.  Bəyanatda AXH üzvlərinə təzyiqlərə son qoyulmasını , İlyas Abdullayev və Yavər Mikayılovun dərhal azadlığa buraxılmasını tələb etmişik”.

F.Əliyev həmçinin qeyd edib ki, bu məsələlərlə bağlı  Azərbaycan Xalq Hərəkatının İdarə Heyəti növbədənkənar iclas keçirib:

“İclasda AXH üzvlərinə təzyiqlər və eləcə Bakı Şəhər İcra Hakimiyyətinin Qarabağ mitinqinə cavabı və 28 may Respublika günü ilə əlaqədər tədbirlər müzakirə olunub. Eyni zamanda  dünən AXH İdarə Heyətinin üzvü Şamil Fərzəlibəylinin evində polis tərəfindən axtarış aparılması, bu gün isə onu “bandotdelə” aparılmasını AXH İdarə heyəti öz etirazını bildirərək, Şamil bəyə və digər AXH fəallarına təzyiqlərə son qoyulmasını tələb edib. BŞİH cavabı müzakirə olunaraq, məhkəmə prosesin başlanmasına qərar verilib. AXH Qarabağ mitinqinin iyun ayında təyin edilməsi məsələsi növbəti iclasda müzakirəyə çıxalıcaq”.

O, AXH-nin dönəm sədri sabiq nazir İsgəndər Həmidovun hazırda Türkiyədə müalicə aldığını da bildirib. Onun sözlərinə görə, İ.Həmidovun vəziyyəti normaldır: “Həkimlərin nəzarəti altındadır. Müayinə və müalicəsi davam edir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam