Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Zurabişvilinin Bakıya 3-cü müraciəti:38-ci il xəritəsi…

 

Azərbaycanla sərhəd məsələsinin zamanında həll olunmasına ehtiyac var.

Bunu Gürcüstan Prezidenti Salome Zurabişvili “Amerikanın səsi” radiosunun gürcü dili redaksiyasına müsahibəsində deyib.

Yenixeber.org: Onun sözlərinə görə, Gürcüstanın bu məsələ ilə bağlı təsəvvürü var: “Lakin mən detalları açıqlamayacağam. Sovet İttifaqının sonuna yaxın, 1938-ci ilin xəritələrinə əsasən inzibati sərhəd olan sərhəd mövcud idi. O zamandan sonra yeni xəritələr olmayıb. Hüquqi prinsiplərdən çıxış edərək, bu, adi qərardır.

Daha sonra bu barədə razılığa gəlmək olar. Yekun olaraq mövqe elə də kəskin olmur, lakin bu, bizim ilkin mövqeyimizdir və bizim dostlarımıza məlumdur”.

S.Zurabişvili həmçinin Keşikçi Dağı (David Qareci) məbədinə ziyarətinə də aydınlıq gətirib: “Yeni bir şeyin baş verdiyini demək düzgün deyil. Mən məbədi əvvəllər də ziyarət etmişəm.

Tarixi düşüncəli vətənpərvər olduqlarını iddia edən şəxslərin məbədə ziyarətimi müəyyən təxribatın tərkib hissəsi olduğunu bildirmələrinə çox təəccüblənirəm. Prezident ölkədə olan hər hansı bir yerə səfər etməməlidir? Bəzi reaksiyalara çox təəccüblənirəm”. (report)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam