“TOPAL ÖRDƏK” PREZİDENT:Vladimir Zelenski Rusiya ilə müharibəyə son qoya biləcəkmi?
Ben Aris
“bne İntellinews”, 24.04.2019
Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenski iki vədinə əsasən iqtidara gəlib: ölkənin şərqindəki Donbas bölgəsində sülhün bərqərar edilməsi və korrupsiyaya son qoyulması. Bu iki vəddən ən çətini Rusiya ilə elan olunmamış müharibəni sona çatırmaqdır.
Yenixeber.org: Kreml Zelenskinin seçilməsinə şad deyil, hərçənd prezidentin dəyişməsini alqışlayır, çünki Petro Poroşenko Rusiyanın barışmaz düşməni idi.
Seçki gecəsi Zelenskinin söz verdiyi “sülh prosesini yenidən başlama” imkanı var. Ancaq Kreml gözləmə mövqeyindədir.Rusiya prezidentlinin sözçüsü Dmitri Peskov bildirib ki, komediyaçını təbrik etmək “hələ çox tezdir” və Kreml Kiyevdə hakimiyyət dəyişikliyini “konkret hərəkətlərlə” görmək istəyir.
Rusiyanın düşüncə quruluşu olan “Senter Sovremennoy Politiki”-nin (“Çağdaş Siyasət Mərkəzi” – ÇSM) hesabatına görə, Kreml öz həll istəyini yeritmək niyyətindədir.
Birincisi, Kreml Kiyevin ritorikasında ahəng dəyişikliyini görmək istəyir.
Poroşenko “Ordu, İman, Dil” şüarıyla xalqın şərqdəki müharibə ilə əlaqədar narahatlığı ilə oynayıb. Beynəlxalq Respublikaçı İnstitutunun (IRI) rəy sorğusuna görə, Şərqi Ukraynadakı problem seçicilərə ən çox təsir edən məsələdir.
Poroşenko Rusiyaya “düşmən” olan Ukraynanın rəsmini çəkib. Zelenski Donbasdakı döyüşçüləri “qiyamçılar” adlandırıb. Poroşenko isə onlara “terroristlər” deyib. Seçkilərdən əvvəl, aprelin 19-da keçirilmiş müzakirələrində bu, kiçik bir qalmaqal yaratmışdı.
“Qiyamçı” sözünün istifadəsi Kremllə oyun üçün yararlıdır və bu münaqişənin yalnız “qiyamçılar”la Kiyev arasında dialoq yolu ilə həll oluna biləcək Ukraynadaxili məsələ olduğunu vurğulayır.
İkincisi, Kreml Zelenskinin dilində Rusiyaya qarşı yumşalma və Poroşenkonun istifadə etdiyi təbirə son qoyulmasını istəyir.
Bununla yanaşı, Ukraynada rus dilinin istifadə edilməsini məhdudlaşdıran qanunların, o cümlədən televiziya proqramlarına qoyulan kvotaların ləğvi arzusundadır.
Kreml üçün ən böyük məsələ, ÇSM-in rəyincə, Zelenskinin Kremlin istədiyi sövdələşməni bağlaya bilib-bilməməsidir.
Zelenski prezident seçkilərində qalib gəlib, ancaq Ukrayna parlamentində – Ali Radada heç bir nümayəndəliyi yoxdur, buna görə də, ən azı oktyabr ayında keçiriləcək parlament seçkilərinə qədər hər hansı bir qanunu qəbul etdirməsi çox çətin olacaq.
Doğrudur, yeni prezident ordu, hüquq-mühafizə orqanları və Xarici İşlər Nazirliyinə nəzarət edir. Ancaq təcrübənin və Radada qanunvericilər bazanın yoxluğu Zelenskini topal ördək edə bilər.
Parlamentə nəzarət üçün mübarizə yalnız indi başlayır və ən azı oktyabrın sonuna qədər Ukraynanın siyasi partiyalarıyeni siyasi reallıqları mənimsəmək üçün münaqişə aparacaq. Lakin Rusiyanı sakitləşdirən istənilən siyasət, xüsusilə Zelenskinin yeni yaradılan “Xalqın Xidmətçisi” Partiyası üçün çətin olacaq.
ÇSM daha sonra dörd ssenarilərini sadalayır: Status-kvo, Gürcüstan, Eskalasiya və Kompromis.
Sonuncu ən az ehtimal olunandır. Ukraynanın Rusiyaya qarşı müharibədə 13 minə yaxın vətəndaşını itirdiyini nəzərə alaraq, heç kim Rusiya ilə razılığa gələ bilməyəcək.
Zelenskinin özü kampaniya zamanı bildirib ki, onun prioritetləri (keçən ilin noyabr ayında Kerç bostanında baş vermiş dəniz döyüşündə tutulan dənizçilərlə daxil olmaqla) hərbi əsirlərin evlərinə qayıtması və Rusiyadan hücuma görə kompensasiya ödəmə tələbidir.
ÇSM-in rəyinə görə, ən çox ehtimal olunan ssenari Status-kvodur. Zelenskinin siyasi zəifliyini nəzərə alaraq, münaqişənin sona çatmasında onun uğurlu olacağı çətin ağla gəlir. O, artıq döyüş zonasında atəşkəs elan etməyə çağırıb, lakin oktyabr seçkilərinə qədər bundan çox şey edə bilməz.
Mərkəzin hesabatında deyilir: “Barışıq üçün sadəcə obyektiv şərait yoxdur. 2014-cü ildə tərəflərin qəbul etdiyi qərarlar ikitərəfli gündəmi müəyyənləşdirməyə, Moskva və Kiyevin davranışlarını diktə etməyə davam edəcək. Rusiya və Ukraynaya nəzarətli münaqişənin hazırkı vəziyyətini qorumaq, qarşıdurma mövqelərində qalmaq faydalıdır”.
Gürcüstan ssenarisi hər iki tərəfin kiçik, böyük ölçüdə simvolik güzəştlərə getdiyi təqdirdə, mümkündür. 2008-ci ildəki qısa müharibəyə qədər Rusiya və Gürcüstan arasında oxşar hadisə baş verib. Bu gün iə ruslar tətildə Tbilisiyə axın edirlər və digər mallarla yanaşı, Rusiyaya məşhur gürcü şərabı, bir neçə illik sanksiyaların ardından, yenidən ixrac olunur.
“Bu ssenari ilə bağlı problem hər tərəfin kiçik addımlardan razı qalmağa hazır olmaması və qarşıdurmada qələbə qazanmaq istəyini saxlamasıdır”.
Kremlin problemi yalnız Ukraynadakı sülhə nail olmaq çətinliyi deyil, Ukraynanı NATO-dan imtina etməyə məcbur etmək və ən azı Kiyevin tərəfsizliyini bəyan etməsi və Rusiyanın regiondakı maraqlarına hörmət etməsidir.(Ukrayna sərhədindən Rusiyaya daxil olan Aİ idxalını tənzimləmək üçün, Rusiya ilə münasib ticarət razılaşması təmin edildiyi halda, Kreml Ukraynanın Aİ-yə qoşulmaq istəyinə daha çox ambivalentdir.)
Ukraynanın neytrallıq perspektivləri gerçəkdən çox uzaqdır. Zelenski Poroşenkonun NATO-ya qatılmaq istəyinə müəmmalı mövqe nümayiş etdirib, lakin Zelenski komandasının təhlükəsizlik və müdafiə mütəxəssisi İvan Aparşin aprelin 23-də yeni prezidentin NATO ilə əməkdaşlığı davam etdirmək istədiyini söyləyib.
“Təhlükəsizlik və müdafiə qüvvələri NATO və müvafiq Avropa İttifaqı təşkilatları ilə sıx əməkdaşlıq etməyə davam edəcək. NATO-Ukrayna Komissiyasının himayəsi altında, proqram çərçivəsində NATO-Ukrayna illik əməkdaşlıq tədbirləri həyata keçiriləcək”, – deyə Aparşın” İnterfaks-Ukrayna”ya bildirib.
Bu günə qədər Eskalasiya ssenarisi Zelenskinin gündəmində olmayıb. Aparşinin təhlükəsizlik məsələləri ilə bağlı şərhlərinin əsas hissəsi şəffaflığın artırılması və korrupsiyaya son qoyulması üçün Müdafiə Nazirliyinin yenidən qurulmasına aiddir.
Üstlik, Zelenski dövlətin silah istehsalçısı olan “Ukroboronprom”u korrupsiya və səmərəsizliyin yayıldığı bədnam bir qurum kimi islahat etmək niyyətindədir. Seçkilərdə Poroşenkonun itkilərinin səbəblərdən biri məhz qısa müddət əvvəl müdafiə sektorunda baş verən qalmaqalda adının hallanması idi.
Buna baxmayaraq, müharibədə başqa yollarla Eskalasiya hələ də mümkündür.
“Əlaqələrin yaxşılaşması və ya daha da pisləşməsi istənilən anda Status-kvonun saxlanılmasının sadə həqiqətindən əmələ gələn ssenaridir. Tərəflər hələ də bir-birinə münasibətdə bütün sanksiya ssenarisindən istifadə etməyib və “sona qədər getmək” qətiyyətlərini nümayiş etdirmək üçün müxtəlif simvolik tədbirlərdən faydalana bilərlər”.
Rusiya münaqişəni sona çatdırmağa tələsmir. Donbas və Luqansk kimi separatçı bölgələr mövcud olduğu müddətcə Ukraynanın NATO-ya üzvlüyü mümkün deyil. Rusiya Ukraynadakı münaqişəni dondura bilər. Bundan əlavə, oktyabr seçkilərində, ehtimal ki, Rusiya tərəfdarı olan siyasi partiyaların – Yuri Boykonun müxalifət blokunun irəli çıxması mümkündür.
Rusiya tərəfdarı olan blokun hökuməti formalaşdırmaq üçün kifayət qədər səs qazana biləcəyi ehtimalı yoxdur, amma güclü rusiyapərəst müxalifət ən azı Kremllə müzakirəni formalaşdırmaq üçün yeni yollar açacaq.
Odur ki, Kreml gözləmə mövqeyi tutacaq. Boyko ilə müqayisədə, Rusiya ilə sərt çəkişmə tərəfdarı olan “müharibə partiyası” artıq Poroşenko tərəfindən idarə olunacaq.Tərcümə: Strateq.az