Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ZELENSKİ VƏ POROŞENKO! –Ukraynada seçkilərin nəticələri açıqlanır

Ukr1547463680

Ukraynada keçirilmiş prezident seçkilərində protokolların 40,21 faizinin hesablanıb.

Yenixeber.org: Bu barədə Ukraynanın Mərkəzi Seçki Komissiyasının saytı xəbər verir.

Bildirilir ki, son məlumata prezidentliyə namizəd Vladimir Zelenski qalibdir. O, seçicilərin 30,23 faizinin səslərini toplayıb. V.Zelenskinin əsas rəqibi Petr Poroşenko isə hazırkı nəticələrə görə seçkilərdə 16,65 səs toplayıb.

Protokolların son nəticələrinə əsasən Yuliya Timoşenko siyahıda 13,14 səslə üçüncü yerdədir.

Qeyd edək ki, prezident seçkilərində keçirilən “exit poll”un nəticələri də Vladimir Zelenskinin qalib olduğunu göstərmişdi.

***

Ukraynada prezident seçkilərində keçirilən “exit poll”un nəticələri açıqlanıb.

“Report” bu ölkənin mətbuatına istinadən xəbər verir ki, nəticələrə əsasən Vladimir Zelenski və Petro Poroşenko ikinci tura çıxıblar.

Televiziya Xəbər Xidməti – “TSN” tərəfindən keçirilən “exit poll”in nəticələrinə əsasən qeyd edilir ki, Vladimir Zelenski 30,1 faiz, Petr Poroşenko 18,5 faiz səs toplayıblar. Digər namizəd Yuliya Timoşenkonun isə 14 faiz səs topladığı bildirilir.

“Exit poll”un nəticələrinə əsasən digər prezidentliyə namizəd Yuri Boyko 9,1, Anatoli Qriçenko 7,6 və İqor Smeşko 6,6 faiz səs toplayıb.

Qeyd edək ki, prezident seçkiləri başa çatıb. Saat 15-ə olan məlumata əsasən seçkilərdə (199 seçki dairəsinin 36 dairəsi üzrə məlumata görə – red) səsvermə hüququ olan vətəndaşların 45 faizdən çoxu səs verib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam