Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

“PUTİNLƏ TƏKBƏTƏK GÖRÜŞMƏ…” –Zelenskiyə xəbərdarlıq

putin-zelenski

Yeni seçilmiş prezident Vladimir Zelenskinin Rusiya prezidenti Vladimir Putinlə gələcək münasibətləri Ukraynada ən çox müzakirə olunan mövzulardan biridir.

Yenixeber.org: Bu məsələ ilə bağlı öz fikirlərini bölüşən V.Zelenskinin komandasının aparıcı simalarından biri olan İvan Aparşin yeni seçilən prezidentin Putinlə təkbətək görüşünün əleyhinə olduğunu bildirərək, ona belə bir görüşü məsləhət bilməyib.

Əvvəlcə qeyd edək ki, İ.Aparşin Müdafiə Nazirliyinin sabiq əməkdaşıdır. Zelenskiyə kifayət qədər yaxın olan bu şəxsi hətta əminliklə Ukraynanın gələcək müdafiə naziri adlandırırlar. İ.Aparşin Zelenskinin Putinlə mümkün görüşü barədə danışarkən, təkbətək görüşün rəsmi Kiyev üçün heç bir müsbət perspektivinin olmadığını vurğulayıb: “Mən Ukrayna prezidentinə bu gün belə formatda görüşü məsləhət bilməzdim. İnanmıram ki, sonra Putin bizə hansısa təminat versin”.

Hələ ki, Zelenskinin hərbi məsələlər üzrə məsləhətçisi olan Aparşin Putinlə yalnız ABŞ və Böyük Britaniya kimi ölkələrin vasitəçilərinin iştirakı ilə görüşməyi tövsiyə edib: “Mən Putinə inanmıram. Ancaq o zaman inanaram ki, bu formata güclü dövlətlər qoşulacaq, hansı ki o, həmin dövlətlərlə “oyun oynaya” bilməyəcək”.

İ.Aparşin Zelenskinin separatçı Luqansk və Donetsk respublikalarının rəhbərlərilə görüşünün də qəti şəkildə əleyhinə olduğunu söyləyib: “Təsəvvür etmirəm ki, Ukrayna bu adamlarla danışmağı özünə rəva bilsin…”

Bundan öncə isə Aparşin Krımın Rusiyaya təhvil verilməsi, eləcə də Donbasda baş verənlərlə bağlı bütün günahkarların müəyyən ediləcəyini və cəmiyyətdən heç nəyin gizlədilməyəcəyini söyləmişdi: “2014-cü ildə müharibənin başlaması, Krımın zəbt edilməsilə bağlı həqiqətlər üzə çıxarılacaq. Krımın təhvil verilməsində günahkar olanlar cəzalandırılacaqlar. İnsanlar həqiqəti biləcəklər, heç kim heç nəyi gizlətmək fikrində deyil.”

Onun seçki kampaniyası zamanı səsləndirdiyi fikirlərdən də belə aydın olurdu ki, Zelenskinin Rusiya ilə münasibətlər məsələsində mövqeyi sərtliyinə görə, heç də Poroşenkonun baxışlarından geri qalmayacaq. Əslində, Zelenskinin özü də çıxışlarında kifayət qədər sərt mövqe nümayiş etdirərək, Ukrayna ərazilərilə bağlı hər hansı güzəştin mümkünsüz olduğunu söyləmişdi.

Bu arada Rusiya tərəfi İ.Aparşinin fikirlərinə münasibət bildirib. Putinin sözçüsü Dmitri Peskov deyib ki, onsuz da Zelenskinin siyasətə yanaşmasında qeyri-müəyyənliklər kifayət qədər çoxdur və rəsmi Moskva hələ yeni seçilmiş prezidentin konkret addımlarını gözləyir: “Hələ ki, yeni seçilmiş prezidentin siyasi yanaşmalarının anlaşılmasında “ağ ləkələr” çoxdur”.

Onu da qeyd edək ki, dünyanın aparıcı dövlətləri başda olmaqla, bir çox ölkələrin başçıları V.Zelenskini prezident seçilməsi münasibətilə təbrik etsələr də, V.Putin belə bir addım atmayıb.(azpolitika)

C.Məmmədov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam