Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

XAMENEYİ “VARİS ƏMƏLİYYATI”NA BAŞLADI:İbrahim Rəisi ölkənin yeni ali lideri olmaq şansını qazanır – Təhlil

İqor Pankratenko

Nezavisimaya gazeta, 17.03.2019

 

Yenixeber.org: İranda bu baharın başlanğıcı həm də gələcək siyasi intriqanın çoşğun çiçəklənmə çağı olub. Xarici işlər naziri Cavad Zərifin növbəti istefasilə bağlı təşvişlər səngiməyə macal tapmamış ölkənin məhkəmə hakimiyyətinin başçısı dəyişdirilib. Qabaqkı – güclü siyasi və ailə klanının təmsilçisi Sadiq Amuli Laricani gözlənilmədən istefa verib. Əli Xamenei onun yerinə İbrahim Rəisini təyin edib. Hansı ki cəmi bir neçə gündən sonra İranın siyasi sistemində daha bir əsas vəzifəyə – təkcə ölkənin ali liderini seçməyən, həm də hər şeydən savayı onun fəaliyyətinə nəzarət edən Ekspertlər Şurası sədrinin müavini seçilib.

Və Zərifin istefasıyla bağlı əhvalat intriqadan çox məzhəkə kimi görünürdüsə, İbrahim Rəisinin İslam Respublikasının ali hakimiyyət qurumlarında sürətli yüksəlişi halında hər şey daha ciddi durumdadır. O qədər ciddidir ki, İranın ali lideri, ayətullah Əli Xameneinin baş qəhrəman kimi məhkəmə hakimiyyətinin yeni başçısıyla “varis” əməliyyatına başladığı haqda ehtimal müşahidəçilərdə əsas versiya olub.

Bu durum da intriqa əlavə edir ki, bir qədər sonra aydınlaşdığı kimi, Əli Xamenei məhkəmə sisteminin vəziyyəti və effektivliyinin yüksəldilməsi yolları haqda Rəisinin məruzəsiylə tanışlıqdan sonra Sadiq Amuli Laricaninin istefası haqda qərar qəbul edib. Amma güman etməyə hər cür əsas var ki, bu sənədin həqiqi məzmunu xeyli geniş, dərin və adından daha kəskin olub. Və sürətli, o cümlədən kadr məsələsi üzrə  reaksiya tələb edib. Xeyli müşahidəçi hələ bu yaxınlarda hesab edirdi ki, ikinci nəticəylə – yığılmış səslərin 38%-i – İran mühafizəkarlarının vahid namizədi kimi 2017-ci ilin prezident seçkilərinə qatılmaq Rəisinin siyasi karyerasının zirvəsiydi. Və onun ictimai karyerası bununla bitib, gələcək və ən ağlabatan perspektiv – illəri (İranı gerçəkdən yönəldənlərin çevrəsi üçün 1960-cı il doğumu yetərincə gənc sayılır) xırıd edərək ikinci sırada qalmaqla yaranmış iyerarxiyada ləng irəliləyişdir.

Ola bilsin, özgə vaxtlarda belə də olardı. Amma İran isteblişmentinin getdikcə daha böyük qisminin “İslam Respublikası üçün xarici təhlükələrdənsə daxili təhdidlər lap qorxuludur” ideyasını dərindən dərk etdiyi indilərdə deyil. Əvvəlcə hələ 2005-ci ildə ali liderin dəftərxanasında və İslam İnqilabı Keşikçiləri Korpusunun komandanlığında dar çevrədə yayılan, 2017-ci ildə isə İbrahim Rəisinin seçkiqabağı kampaniyanın gedişində bütün ölkə boyu ucadan və ehtirasla səsləndirdiyi ideya.

İslam Respublikasının möhkəmlik ehtiyatı indiki qəliz dönəmdə yalnız ölkə hakimiyyəti ilə əhalisi arasındakı ictimai müqavilə halında saxlanır. “Biz vətənimizə xarici basqıyla bağlı məhrumiyyətlərə dözməyə hazırıq, – İran xalqı o cümlədən ölkədəki etiraz aksiyalarında da deyir. – Amma yalnız bu halda ki, bu basqının ağırlığı və doğurduğu məhrumiyyətlər hamıya paylanacaqsa. İslam inqialbının gedişində car çəkilmiş sosial ədalət prinsiplərinə tam uyğun olmaqla”.

Bax, İranda məhz indi, özəlliklə Həsən Ruhaninin ikincü müddəti dövründə bu ədaləti gözləməklə bağlı işlər, yumşaq deyilsə, yaxşı deyil. Sanksiyalar adıyaman “şimali Tehran”dan – İranın “Rublyovkası”ndan (Moskvadan qərbdə varlıların yaşadıqları məkan-red.) savayı hamını vurur. “Ət mafiyasının işi”, “bitum kralının işi”, “monet sultanının işi” və son günlər “neft-kimya şirkərinin (RSS) işi” ətrafında qızışan qalmaqal isə göstərir ki, korrupsiya hakim qurumları hesab edildiyindən daha dərin şəkildə sarsıdıb. Özü də hətta İslam Respublikasının “qurucu ataları”, “əski mübarizlər”, özəlliklə onların çoxsaylı yaxınları və ev adamlarının korrupsiya və acgözlükdən heç bir immuniteti yoxdur, həvəslə, ən yüksək səviyyədə, hətta necəsə bir patoloji ehtirasla “alırlar”.  Nə indiki prezident administrasiyası, nə də məhkəmə hakimiyyəti – səs-küylü bəyanat və “mübarizə üçün növbəti sərt, güzəştsiz kampaniya”dan savayı –  bu korrupsiya epidemiyası və acgözlüklə bağlı nəsə edə bilir. Sözsüz, islahatlar gərəkdir. Və yazılanlara zidd olaraq “mühafizəkarlar” buna razıdırlar. Amma bunu necə aparmalı və belə bir şəraitdə gedişinə necə göz qoymalı? Hakim elitanın bir bölümünün buna nə iradəsi, nə də özəl istəyi var. Amma, bax, Rəisidə var. İranı gerçəkdən yönəldənlərin – ali liderin dəftərxanasında, ruhanilərin önəmli qismində və İslam İnqilabı Keşikçiləri Korpusunda olduğu kimi.  

İbrahim Rəisi ali liderin inanılnmış şəxsləri çevrəsinə – qoy birinci rolda olmasa da – 80-ci illərin başlanğıcından, islam inqilabının ilk illərindən  daxildir. Və onun hər bir yeni təyinatıyla – məhkəmə qurumlarına rəhbərlikdən tutmuş ölkənin ən varlı dini fondlarından biri “Astani-Qüds- Rəzəvi”nin, əslində, şaxtaları, toxuculuq fabriklərini, əczaçılıq zavodlarını və hətta böyük neft-qaz şirkətləriylə on milyardlarla dollar dəyərində bir holdinqin yönəldilməsinə qədər bu inam yalnız artıb. Ali liderin onu hakimiyyətin yüksək eşelonuna fəal şəkildə irəlilətdiyi bir zamanda məhz indi öz zirvəsinə yetişir. Əlbəttə, indiki yüksəliş trayektoriyasının istənilən nöqtəsində İbrahim Rəisini təhlükələr pusur. Ən nəhayətdə, hətta Xameneinin də onun barəsində planları zəmanət deyil ki, o, yeni ali lider olacaq – hər şey ən məsul anda dəyişilə bilər və dünənki müttəfiqlər hakimiyyət uğrunda döyüş haqqında anlaşmaları unudarlar.

Amma bu, indi məhz Rəisinin ölkənin mümkün yeni lideri kimi cəmiyyətə və İran elitasına təklif edildiyi məqamı qətiyyən ləğv etmir. Bəs bu rolda möhkəmlənmək mümkün olacaqmı – bu gün heç kim qəti cavab verə bilməz. Amma, şübhəsiz, onun şansı var.Tərcüm: Strateq.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam