Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

RUHANİNİN MÜHAFİZƏKAR RƏQİBİ ÜÇÜN “İSTİ YER”:İbrahim Rəisi məhkəmə sisteminə rəhbər gətirilir

“Əl-Monitor”, 05.03.2019

 

10 il İran İslam Respublikasının ən vacib və repressiv təşkilatlarından birinin rəhbəri olduqdan sonra Ayətullah Sadiq Laricani məhkəmə hakimyyəti başçısı vəzifəsindən istefa verəcək və onu İbrahim Rəisi əvəzləyəcək.

Yenixeber.org: Laricani Nəzarətçilər Şurası, habelə parlament və icra strukturları arasındakı mübahisələri çözən Məsləhət Şurasının üzvü olacaq. Rəisi isə islahatçı qanadın zəiflədiyi bir dövrdə rəhbərliyə yiyələnəcək.

Məhkəmə hakimiyyətinin sözçüsü Qulamhüseyn Möhseni Ejei, Rəisinin təyinatını martın 3-də təşkil etdiyi mətbuat konfransında açıqlayıb.

Rəisinin Ali Rəhbər Ayətullah Əli Xamnəi tərəfindən təyin olunduğu təsdiqləndikdən sonra parlamentin məhkəmə komissiyasının üzvü Yəhya Kamalipur onun martın 8-də rəhbərlik postunu tutacağını deyib.

İbrahim Rəisi ilk dəfə 2016-cı ildə milli səhnəyə çıxıb. Xamnəi onu İranın ən zəngin ianə qaynaqlarından biri olan Astan-e Qüds-e Rəzəvinin (İmam Rza (ə.) hərəmi) xidmətçisi təyin edib.

Əvvəlki xidmətçi Ayətullah Abbas Vaiz Təbəsi 1979-cu ilin İslam inqilabından ta 2016-ci ildə vəfatına qədər həmin vəzifəni tutub.

Astan-e Qüds-e Rəzəvinin xidmətçisi təyin olunmasından az sonra Rəisi 2017-ci ilin prezident seçkisində ikinci dövr uğrunda mübarizə aparan Həsən Ruhani ilə qarşılaşmağa qərar verib. Rəisi mühafizəkar mediadan “yaşıl işıq” alıb, bəziləri hətta onu hüccətül-İslamdan daha üst olan səviyyədə, yəni ayətullah kimi təqdim ediblər.

Mühafizəkar namizəd harizmaya malik olmadığı halda, hətta döymələri ilə məşhur iranlı reper Əmir Tattalunun dəstək alma kimi siyasi səhvlərə yol versə də, Ruhaninin 23,6 milyona yaxın səsi ilə müqayisədə 16 milyon səs toplayıb.

Rəisinin keçmişinə aid bir hadisə 2016-cı ildə faş olub. Mərhum Ayətullah Hüseyn Əli Müntəzirinin oğlu Əhməd Müntəziri 1988-ci ildə məhbusların kütləvi şəkildə edam edilməsi ilə əlaqədar bir audio fayl yayıb.

1988-ci ildə baş prokuror müavini olmuş Rəisi o zamankı Ali Rəhbər Ayətullah Ruhullah Xomeyni tərəfindən icra etdirilən əmrləri yerinə yetirmiş məsul şəxslərdən biri kimi qələmə verilib.

Hüseyn Əli Müntəziri 1988-ci ildə bu edamlara qarşı müxalifətinə görə cəmiyyətdən təcrid olunub.

Əhməd Münəziri isə həmin audio fayla görə Xüsusi Dini Məhkəmə tərəfindən altı il həbs cəzasına məhkum edilib. Lakin Qumdakı ali ruhailərin müdaxiləsi ilə tezliklə sərbəst buraxılıb.

1988-ci ildə və daha sonralar 58 yaşlı Rəisi məhkəmə sistemində mühüm mövqelər tutub. O, ölkənin baş prokuroru, məhkəmə hakimiyyəti rəhbərinin birinci müavini, İranın Baş Təftiş İdarəsinin rəhbəri və Xüsusi Dini Məhkəmənin baş prokuroru olub.

Onun tarixçəsini nəzərə alaraq, bir sıra islahatçıların Rəisinin məhkəmə başçısı təyinatını dəstəkləməsi təəccüb doğurub.

2009-cu il seçkisindən sonra həbs olunmuş islahatçı siyasətçi Mustafa Taczadə məhkəmə hakimiyyətində rəhbər dəyişikliyi ilə bağlı bu “tweet”-i yazıb: “Haşimi Şahrudinin (1999-2009-cu illərdə məhkəmə rəhbəri) məhkəmə orqanlarını Məhəmməd Yəzdinin (1989-99-cu illərdə məhkəmə başçısı) özündən miras qoyduğu xarabalıqdan xilas etməsinə və Sadiq Laricaninin də məhkəmə hakimiyyətini cəmiyyətin ehtiyaclarına cavab verən hala gətirməsinə inananlarda Rəisinin də məhkəmə sistemini səliqə-sahmana salacağına və səmərəli hala gətirəcəyinə ümid var. İran müstəqil, qərəzsiz və məsuliyyətli mühakimə sisteminə ehtiyaclıdır”.

Məclisin islahatçı üzvü Mahmud Sadiqi isə “tweet”-ndə yazıb: “Bir çox hakimlər məhkəmə sisteminin idarə olunmasında tezliklə baş verəcək dəyişikliklər sarıdan nikbindirlər. Sonrakı məhkəmə başçısının ehtimal olunan seçim tarixini nəzərə alaraq, Baş Təftiş İdarəsinin korrupsiyaya qarşı mübarizədə lazımi yerini bərpa edəcəyinə ümid var”.

Reformist “Şərq” qəzeti İran yazıçısı Abbas Mərufinin Rəisi ilə görüşü barədə xatirəsini dərc edib. Məqalədə Rəisi “işini bilən” adam kimi mədh olunub.

2017-ci ilin seçkisində Rəisiyə qarşı mübarizə aparan əksər islahatçı üçün onun qələbəsi Mahmud Əhmədinejad dövrünün siyasətinə qayıdış demək idi. Onun indi məhkəmə hakimiyyəti başçısı təyinatı, əlbəttə, narahatedicidir. Xüsusi Dini Məhkəməsinin baş prokuroru olaraq, Əhməd Müntəzirini həbs etdirən də məhz Rəisi idi.

Ancaq göründüyü kimi, islahatçılar indi strateji olaraq Rəisi tənqid etmədən geri çəkərək, yeni cəbhəni açmaqdan çəkinməməlidir və əks halda, siyasi nüfuzlarını daha da itirəcəklər.Tərcümə: Strateq.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam