Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

AFRİKADA ASİYA PROBLEMLƏRİNİN MÜZAKİRƏSİ:İdlib bölgəsi Ankara və Moskva üçün Qordi düyününə çevrilib - TƏHLİL

Kirill Semyonov

“Əl-Monitor”

 

İyulun 26-da Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində keçrilən BRICS sammitində görüşüb. Onların gündəmini Suriya və ikitərəfli Rusiya-Türkiyə münasibətləri təşkil edib. Görüş ehtiyacı Türkiyə tərəfinin İdlib və Suriyadakı kürd məsələsi ilə bağlı ciddi narahatlıqlarından yaranıb. Yığıncaqdan əvvəl iki prezidentin bu mövzuları hərtərəfli müzakirə edildiyi bir neçə telefon söhbəti baş tutub.

Yenixeber.org: Türkiyə PYD-nin Suriyanın şimalda gücünü qoruya biləcəyi PYD-rəsmi Şam danışıqlarından qayğılanır. Ankaranın fikrincə, PYD terror təşkilatıdır; ABŞ-ın Suriyadan çəkilmə ehtimalı ilə üzləşən kürdlər Suriya rejimi ilə gələcək statusu müzakirə etməyə məcbur olublar.

Anonim şəraitdə “əl-Monitor”a danışan Türkiyə Xarici İşlər Nazirliyinin mənbəyi deyib ki, Ərdoğan Putinlə görüşdə kürd nümayəndələri ilə belə təmaslar barədə məlumatlanma və kürd məsələsində hərəkətlərin əlaqələndirilməsi zəruriliyinə diqqət çəkib.

Şayilərə görə, PYD guya Şamla digər Suriya bölgələrində şöbə açmaq və döyüşçülərini rejim qüvvələrinə inteqrasiya etmək ehtimalı ilə müzakirə edir. Vəziyyəti Ankara üçün pisləşdirməklə, PYD-nin Suriya dövlət ordusu ilə birlikdə İdlibə hücum etməyə hazır olduğu deyilir. Bunun qarşılığında kürdlərin Afrin və Mənbicə nəzarət etməsi ehtimalı var.

Hələ də PYD vahidlərinə sahib olan Tel-Rifat bölgəsi rejim və müttəfiq rus qüvvələri tərəfindən qorunur və o, Türkiyə sərhədindəki qruplara qarşı hücum edən kürd-Suriya ordusunun sahəsi kimi görünür.

İdliblə bağlı vəziyyət, Rusiya və İranla yanaşı, 12 müşahidə nöqtəsi yaratmış Türkiyə üçün narahatlıq doğurur. Əl-Fua və Kəfriya şəhərlərindəki şiə anklavlarının boşaldılması belə bir hücum ehtimalını azaldılıb, amma Bəşər Əsədin qüvvələri İdlib şəhərindəki hərbisizləşdirilən zona tərəfdə yerləşməyə başlayıblar.

Yohannesburqda keçirilən Putin-Ərdoğanın toplantısı Suriya hökumətinin Latakiya və Hama – müxalifətlə qonşu bölgələrə dair xəbərdarlıqları ərəfəsində baş tutub. Əsədin İdlibdə hücumu Türkiyə ilə hərbisizləşdirilən zonaya dair razılığı poza bilər. Şam və onun müttəfiqləri mümkün qədər tez hücuma keçmək üçün səbəb tapıblar.

Suriya rejimi hərbi müvəffəqiyyətlərin impulsuna sahibdir. Şamda aydın başa düşülür ki, zəfəri tam yerinə yetirmək üçün İdlibdə son sıçrayış lazımdır. BƏƏS Partiyası rəhbərliyi Şərqi Quta, Şərqi Qalamun, Hums, Dəraa və Quneytranı ələ keçirdikdən sonra İdlib şəhərindəki müxalif qüvvələr üçün dəhşətli aqibət aydındır. Müxalifətdə olanların çoxu artıq Suriyanın şimal-qərbindəki vəziyyətin daha da pisləşməsindən qorxaraq ölkəni tərk etmək üçün fürsət axtarırlar, çünki tezliklə bölgə Əsədin nəzarəti altında olacaq.

Beləliklə, Suriyanın cənubundakı müxalifətin ram edilmə sürəti nəzərə alaraq, Rusiya və Suriya bu təcildən faydalanmaq istəyir. Heç bir operativ gecikmə olmadan “Pələng” qüvvələri və 4-cü tank bölməsi əməliyyata başlayacaq.

Suriya və onun müttəfiqləri bölgədəki türk müşahidə nöqtələrinin çoxunu düşünmürlər. Həm də türk hərbi müşahidə nöqtələri nəzərə alınmadan hücumların bir nümunəsi var. İyulun 9-da “Ənsar əl-İslam” və “Fursan əl-İman” qrupları Latakiyanın şimalında yerləşən Türkmən dağında ən azı 25 hökumət əsgərinin öldüyü basqını həyata keçirib. Bölgədə yerləşən türk hərbi postu hücumu qarşısını ala bilməyib.

Bəzi müxalifət mənbələri anonimlik şərti ilə , “Əl-Monitor”a bildiriblər ki, əməliyyat Əsədin mənfəətinə olub, çünki bu hücumun hərbi əhəmiyyəti yox idi, lakin Türkiyənin hərbi iştirakı nəzərə alınmadan rejimin gələcək hücumları üçün bir presedent yaradıb. “İndi rejim türk nəzarət nöqtələrində olan ərazilərdə HTS (“Heyət Təhrir əl-Şam”) terroristlərinin artan fəaliyyətinə cavab olaraq həmin bəhanə ilə əməliyyat başlaya bilər”.

Qeyd edək ki, Rusiya ordusu bəyan edib ki, HTS və “Cəbhət Təhrir əl-Suriya”, “Fəylək əl-Şam” və digər antihökumət qrupları Latakiyada Suriya hökumət qüvvələrinə hücum planlaşdırmaq üçün birgə əməliyyatlar qərargahı qurublar. Müxalifət qrupları heç bir bəyanat yaymayıb. Amma bu, Moskvanın terror planını pozmaq üçün qoruyucu həmləsinə əsas yaradıb. Rusiya, həmçinin Xmeimim hava bazasının getdikcə tez-tez tanınmayan dron hücumlarına məruz qaldığını bildirib və bazanın təhlükəsizliyini təmin etmək istəyir.

Moskva diplomatik hazırlıqsız İdlibə hücumun ciddi riskləri olduğunu dərk edir. Suriya münaqişəsinin sona çatması arzusu ilə Rusiya Suriya münaqişəsinin həllində Türkiyə ilə ikitərəfli əməkdaşlığın davam etdirilməsində maraqlıdır.

Beləliklə, Putinin Ərdoğanın istəyi ilə İdlibdə gərginliyin azaldılmasında maraqlı olduğunu düşünmək olar. Ərdoğanın məsləhətçisi Yasin Aktay İdlibdə başlayan hücumla Türkiyənin Astana forumunu tərk edəcəyini söyləyib. Bu halda Ankara Suriya müxalifətə tam hərbi dəstək verəcək. Bu, öz növbəsində, Şam və onun müttəfiqləri üçün İdlibə hücumun ilkin hədəflərini ağırlaşdıra bilər.

Buna görə də, Yohannesburqda Putinlə Ərdoğan arasında ən çox ehtimal ki, İdlib məsələsi üçtərəfli Astana çərçivəsi daxilində həll edilib. Məsələ bir neçə gündən sonra Soçidə keçirilən görüşdə Putin, Ərdoğan və İran prezidenti Həsən Ruhani arasında keçiriləcək zirvə görüşündə müzakirə olunacaq. Ehtimal ki, növbəti sammit avqustun sonunda İranda keçiriləcək.

Aydındır ki, Moskva və Ankaranın İdlib üzrə konsensus tapması çox çətin olacaq. Amma Rusiya Suriyanın cənubundakı tətbiq olunan “sülhə məcburetmə” ssenarisini yenidən tətbiq edəcək, müxalif qrupları rejimi barışdırmağa nail olacaq.

Bu yanaşma Moskvaya öz təkliflərini göndərmiş olan Ankara tərəfindən qəbul edilə bilməz. Onun təkliflərinə görə, bütün müxalifət qrupları bir araya gətiriləcək, Türkiyənin sponsorluq etdiyi hərbi birləşmələr Ankarada nəzarət altına alınan Suriya Milli Ordusuna daxil olmaq, bütün silahların Türkiyə ordusunun nəzarəti altına keçməsi konfrans keçiriləcək. Ankara hərbisizləşdirilən zonada öz qaydalarını və nəzarət mexanizmini qurmaq istəyir.

Təkliflər M5 quru yolu ilə müxalifəti hökumət qüvvələrindən ayıran ərazi (Türkiyə-Rusiya “protektoratı) üçün də əsas ola bilər.

Bunların hamısı hələ müzakirə olunacaq, amma Yohannesburq görüşündən sonra başlıca məsələ Moskvanın belə yarımtədbirləri qəbul etməyə hazır olub-olmamasıdır. Cavab “bəli”dirsə, nə vaxta qədər? İdlibin müxalifətin nəzarətində qalmasını təmin etməyə Ankaranın özü nə qədər hazırdır?

 

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam