Redaktor seçimi
Cavid Qurbanovun əmisi oğlu niyə ölkədən qaçıb?! -
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Günün xəbəri

Azərbaycan Qərbə niyə bu dərəcədə lazımdır? -“Foreign Policy” yazır

Azərbaycan Qərbə niyə bu dərəcədə lazımdır? - “Foreign Policy” yazır
Azərbaycan Şərq və Qərb arasında enerji, ticarət dövriyyəsi və rəqəmsal əlaqələrin təmin edilməsində mühüm rol oynayır.
Yenixeber.org: Bu barədə Lyuk Koffi və Əfqan Niftinin ABŞ-ın məşhur “Foreign Policy” nəşrində dərc olunan "Azərbaycan Qərbə niyə bu dərəcədə lazımdır?” adlı məqaləsində qeyd olunub.

“Asiya ilə Avropa arasında enerji resurslarının və malların ticarəti üçün yalnız üç yol var - Azərbaycan, Rusiya və İran. Müasir reallıqları nəzərə alsaq rəsmi Tehran, Moskva ilə Qərb arasında əlaqələr qırılıb. Bu fonda yüz milyard dollarlıq ticarətin dövriyyəsi üçün yalnız bir həyat qabiliyyəti olan yol - Xəzər dənizinin sahilində yerləşən Azərbaycan qalır”.

Məqalədə deyilir ki, hazırda bölgədə Rusiya və İrandan yan keçən üç mühüm neft və qaz kəmərləri var: “Bunlar Azərbaycan ərazisindən keçən bu kəmərlər Gürcüstan və Türkiyədən keçərək İtaliyaya və oradan Avropanın digər ərazilərinə enerji resursları tədarük edəcək. Gürcüstan vasitəsilə Türkiyənin Aralıq dənizi limanına çatan Bakı-Tbilisi-Ceyhan boru kəməri, Xəzər dənizindən Qara dəniz sahilindəki limana neft nəql edən Bakı-Supsa boru kəməri və Azərbaycandan Türkiyəyə ötürülərək Avropaya qaz tədarük edən Cənub Qaz Dəhlizinin ayrılmaz hissəsi olan Cənubi Qafqaz boru kəməridir. Cənub Qaz Dəhlizi həyati əhəmiyyətli enerji ehtiyatlarını Azərbaycan vasitəsilə Xəzər regionundan Avropaya gətirəcək. Enerji ixracı demək olar ki, hazırda 100 faiz Rusiya boru kəmərlərinin asılı olan cənub-şərqi Avropa üçün yaxşı olacaq.

Azərbaycan vasitəsilə neft və qaz kəmərləri ilə yanaşı Qərbi AvropaXəzər regionu ilə birləşdirən optik kabellər də keçir. “Gəncə dəhlizi” NATO-nun Əfqanıstanda davam edən missiyası çərçivəsində ABŞNATO qoşunlarının təchizatında da böyük əhəmiyyət kəsb edir. Hərbi əməliyyatların gərgin dövründə məhvedici təsirə malik olmayan materialların üçdəbirindən çoxu, o cümlədən yanacaq, ərzaq malları və geyim Azərbaycanın yerüstü və hava məkanı vasitəsilə keçirilib”.

Müəlliflərin fikrincə, Rusiya xüsusilə, Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ münaqişəsi vasitəsilə Qərbə yaxınlaşmasına çətinlik yaratmaq üçün əlindən gələni edəcək: “Xəzər ehtiyatlarının Avropaya daşınan əksər neft və qaz kəmərləri Dağlıq Qarabağ münaqişəsinin ön mövqeləri yaxınlığında yerləşir. Rəsmi Moskva bilir ki, istənilən böyük zorakılıq dalğası bu kəmərlər üçün həyatı təhdid olacaq. Rusiyanın Ermənistan üzərində təsirini nəzərə alsaq yeni hərbi əməliyyatlara təhrik etmək üçün çox vaxt aparmayacaq”.

Məqalədə deyilir ki, müxalifət lideri Nikol Paşinyanın hakimiyyətə gəlməsinə baxmayaraq, Ermənistanın iqtisadiyyatı və təhlükəsizlik sistemi üçüncü tərəfdən asılı olaraq qalmaqdadır: “Şərqlə Qərb arasında mühüm ticari, energetika və iqtisadiyyat əlaqələrinin daha da möhkəmləndirilməsi üçün ABŞAvropa Bakı ilə münasibətlərə prioritet diqqət ayırmalıdırlar. Qərb Ermənistan ilə yaxşı münasibətlərdə səylərini davam etdirməli, lakin ABŞ regionda öz strateji prioritetlərini müəyyənləşdirərkən daha diqqətli və realist olmalıdır. Tramp administrasiyasının milli təhlükəsizlik strategiyasında sabit müttəfiqlərlə yaxşı münasibətlərin inkişafına xüsusi əhəmiyyət verilir. Cənubi Qafqaza münasibətdə bu siyasətin zəruriliyi daha çox gözə çarpır. Regionda gərginliyin azaldılması həyati əhəmiyyətə malik olan energetika, kommunikasiya və ticari dəhlizlərin təminatına kömək olacaq”.(azvision)

İlkin Nəcəfzadə

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam