Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Bakı Qərb və Rusiyanın əsas hədəfidir”

 

“Azərbaycan uzun müddət Avropa və Avrasiya sərhədlərinə təsir imkanı üçün kritik ölkə hesab olunub. Onun coğrafi yerləşməsi ilə yanaşı, enerji resursları da əhəmiyyətini artırır. Azərbaycan Ukrayna məsələsi ilə bağlı  Qərblə Rusiya arasında manevr edir. Hətta Qafqazda və Şərqi Avropada neytrallığını qoruyan yeganə dövlətdir. Ukrayna, Moldova və Gürcüstan Qərb, Belarus və Ermənistan isə Rusiyanın yanındadır. Bu baxımdan, Bakı hər iki tərəfin – Qərbin və Rusiyanın əsas hədəfidir”.



"Xeberinfo.com":  Məlumata görə, bu barədə ABŞ-ın “Stratfor” beyin mərkəzinin (bu mərkəzin Birləşmiş Ştatların xüsusi xidmət orqanı CİA-nın leqal orqanı olduğunu deyənlər də var – red.) hazırladığı “Azərbaycan xarici siyasətini yenidən gözdən keçirir” başlıqlı məqalədə bildirilir.   

 

“Stratfor” yazır ki, Qərbin israrla Rusiyaya qarşı çıxmasına baxmayaraq, Azərbaycan Moskva ilə aktiv danışıqlar aparır: “Prezident İlham Əliyev Qələbə Günündə Moskvadakı paradda iştirak etdi. Rusiya Prezidenti Vladimir Putin Bakıda keçiriləcək I Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək. Bu günlərdə Putin Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunu Rusiya və Azərbaycan dostluğunu və əməkdaşlığını gücləndirdiyinə görə ordenlə təltif etdi. Azərbaycan Prezidenti Riqa sammitində gəlmədi və bunu iş qrafikinin ağır olması ilə əlaqələndirdi. Lakin burda başqa səbəblər də var: birincisi, Bakıya qarşı insan haqları və demokratiya ilə bağlı ittihamlardır. Halbuki eyni tənqidlər əvvəllər də olurdu. Görünür, Avropa Oyunları ərəfəsində Bakı ittihamlara dözmək fikrində deyil. Azərbaycan diplomatiyasının dəyişikliyinin digər səbəbi Dağlıq Qarabağ münaqişəsidir. Son dövrlər cəbhə xəttində gərginlik daha da artıb. Hətta hava məkanını pozan Ermənistan helikopteri vuruldu. Lakin Ermənistanın təhlükəsizliyinin qarantı hesab olunan və bu ölkədə 5 min əsgər saxlayan Rusiya susdu. Güman ki, Moskva Ukraynadakı konfliktə görə burda əlavə enerji itirmək istəmirdi”.



Məqalədə bildirilir ki, Azərbaycanın diplomatik manevrləri Rusiyaya doğru oriyentasiyasının dəyişməsi kimi başa düşülməməlidir.



“Azərbaycan öz balans siyasətini yürüdür və enerji təchizatçısı kimi maraqlarını düşünür. Rusiya qazından qurtulmaq istəyən Avropa üçün Azərbaycanın cazibədarlığı artıb. Cənub Qaz Dəhlizi layihəsi istiqamətində iş aparılır və Türkmənistan, İran təbii qazının Avropaya çıxarılması üçün Transxəzər boru kəməri də gündəmdədir. Azərbaycan enerji əlaqələrinin gələcəyini müzakirə etmək üçün aktivlik nümayiş etdirir. Belə layihələr Azərbaycan üçün təkcə iqtisadi divident gətirməyəcək, eyni zamanda, onun diplomatik və geosiyasi vəziyyətini möhkəmləndirəcək. Bu arada Rusiya Avropanın enerji təminatında Xəzər qazının qarşısına keçir. Çünki Xəzərin hüquqi statusu problem olaraq qalır, bu isə Transxəzər kəmərinə maneədir. Görünür, Rusiya belə həssas məqamda Dağlıq Qarabağ münaqişəsinin üzərindən hərəkət edərək, Azərbaycanı öz orbitinə çəkmək istəyir. Yaxud, Moskva hələ də bu layihəyə təsir etmək imkanlarını axtarır. Lakin bütün bunlar onun real olduğu demək deyil. Çünki Azərbaycan öz balans siyasətindən imtina etmək kimi qərar verməyib”, - deyə məqalədə vurğulanır.

 

Publika.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam