Redaktor seçimi
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Günün xəbəri

“Azərbaycan regionda sabitliyin açarıdır”

 

“Cənub qaz dəhlizi” Avropada və onun hüdudlarından kənarda ABŞ-ın müttəfiqi olan dövlətlərin regional enerji təhlükəsizliyinə yardım edəcək.

"Xeberinfo.com":  Məlumata görə, bu barədə “The Washington Times” qəzetində ABŞ Konqresinin üzvü Maykl Terner yazıb.

“Cənub Qaz Dəhlizi Avropada və Avrasiyadakı müttəfiqlərimizin regional enerji təhlükəsizliyinə yardım edəcək, eləcə də strateji tərəfdaşlarımızın möhkəmlənməsinə kömək edəcək. Bizimlə müttəfiq olan ölkələrin bir çoxu bir ölkədən və ya qeyri-sabit regionlardan qaz tədarükündən asılıdır. Müttəfiqlərimizin alternativ və etibarlı mənbələrdən enerji resursları idxalının əlçatanlığının təmin olunması regionda geosiyasi sabitliyi yüksəltməyə yardım edir”, deyə o qeyd edir.

Onun sözlərinə görə, Azərbaycan Amerikanın strateji müttəfiqləri tərəfindən həyata keçirilən terrorla mübarizədə və enerji təhlükəsizliyinin möhkəmləndirilməsi üzrə təşəbbüslərlə bağlı Birləşmiş Ştatların mühüm tərəfdaşı qalmaqda davam edir.

Azərbaycan özünün nəhəng neft və qaz ehtiyatları ilə ABŞ-ın NATO üzrə strateji tərəfdaşları və digər Avropa ölkələri üçün enerji resurslarının idxalının şaxələndirilməsinin təmin olunmasında kömək göstərməkdə vacib rol oynayır, deyə Terner qeyd edib.

“Cənub Qaz Dəhlizi” Avropaya karbohidrogenlərin idxalı mənbələrini şaxələndirməyə və enerji təhlükəsizliyini yüksəltməyə, Azərbaycana isə Avropanın şəxsində yeni bazar əldə etməyə imkan verəcək. “Cənub Qaz Dəhlizi”nin açılması üçün məhz Azərbaycan qazı nəzərdə tutulub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam