Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Azərbaycan maliyyə və siyasi gərginliyə məruz qalacaq"

 

Azərbaycanın Rusiya və Qərb arasında balanslı siyasəti fayda verəcək
"Xeberinfo.com":  Məlumata görə, ABŞ-ın nüfuzlu “Stratfor Qlobal İnttelicens” Təhlil Mərkəzi “Cənub Dəhlizinin imkanlarını araşdırarkən” başlıqlı yazı dərc edib. Yazıda deyilir ki, Azərbaycan Avropanın diversifikasiya arzusundan faydalanmaq üçün optimal mövqedədir. Anspress-in məlumatına görə, mərkəzin analitik yazısında bildirilir ki, Ukraynadakı böhran Rusiyanın enerji təchizatından asılılıq Avropa üçün necə riskli olduğunu göstərdi. Bu, Azərbaycan üçün işə qarışmağa imkanlar yaratdı: “Azərbaycan indi Rusiyadan yan keçməyi hədəfləyən Cənub Dəhlizi marşrutundan yararlanır, neft və təbii qazını Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kəmərləri ilə nəql edir. Bu layihələr Bakını on ildir Avropa üçün etibarlı tərəfdaşa çevirib. Azərbaycan, həmçinin “Şahdəniz 2″ yatağını istismar edir və bu yatağa çıxış üçün bir neçə konsorsium mübarizə aparıb.”
Bundan əlavə, Avropa Azərbaycanın Trans-Xəzər kəmərində iştirakını da genişləndirməyə çalışır. Bu kəmər Türkmənistanı Xəzər dənizi vasitəsilə Azərbaycana birləşdirə bilər. Azərbaycanın bütün qazı Trans-Adriatik kəmərinə hesablandığı üçün Avropa İttifaqı gözünü ildə 80 milyard kubmetr qaz istehsal edən Türkmənistana dikib.
“Stratfor” yazır: “Bütün bu imkanlara baxmayaraq, enerji layihəsinin seçimi üçün diplomatik manevrlər Azərbaycanı maliyyə və siyasi gərginliyə məruz qoyacaq. Bu proses zamanı Rusiyanı özündən çıxarmaq olmaz, Dağlıq Qarabağ münaqişəsi nəzərə alınmalıdır. Uzunmüddətli perspektivdə isə Azərbaycanın sabitliyi, Rusiya və Qərb arasında nisbətən balanslı xarici siyasəti ölkəyə və onun enerji perspektivlərinə fayda verəcək.”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam