Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Xəzərdə körpü, yoxsa tunel?

 

Natiq Cəfəli: “İndiyə qədər heç bir layihənin beynəlxaq standartlara uyğun iqtisadi əsaslandırması həyata keçirilməyib”

 

Xeberinfo.com: Bakı Buxtası üzərindən uzunluğu 26 km təşkil edəcək Bakı körfəzi dəniz körpüsü”nün inşa olunması nəzərdə tutulub. Körpünün dəniz üzərində bilavasitə uzunluğu 17 km olacaq. Layihə gündəmdə olsa da, onun həyata keçirilməsi çox böyük vəsait tələb edir və bununla bağlı müəyyən ləngimələr mövcuddur. Bu barədə Nəqliyyat Nazirliyinin sektor müdiri Heydər Turabov Xəzər Beynəlxalq “Yol və yeraltı infrastruktur-urbanizasiya problemlərinin həll yolları” konfransında bildirib.

“Xəzərin iki sahilini birləşdirməklə dəniz üzərində körpünün uzunluğu 17 km təşkil edəcək. "Bakı körfəzi dəniz körpüsü" Bakı Dairəvi avtomobil yolunu birləşdirməklə, nəqliyyat vasitələrinin Bakı şəhərinin mərkəzi hissəsinə daxil olmadan, şimal və cənub istiqamətindən şəhərin şərq və əks istiqamətdə hərəkətinə şərait yaradacaq”, - Turabov qeyd edib.

Onun sözlərinə görə, bu, Bakının mərkəzində nəqliyyat yükünü azaldacaq.

Asma avtomobil körpüsünün qiyməti 1,5-1,8 milyard dollardır.

Bu, Nəqliyyat Nazirliyinin ilk belə layihəsi deyil. “Azəryolservis” ASC analitik şöbəsinin rəisi Hidayət Rüstəmovun sözlərinə görə, dənizin altından tunel layihəsi də var. Və o daha çox vəsait tələb edir.

ReAL Vətəndaş Hərəkatının icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli deyir ki, eyni istiqamətdə həm körpü, həm də tunelin salınması tamamilə absurd bir şey olar: “Çox güman ki, bu iki layihədən biri seçiləcək. Son məlumatlara görə, layihə ertələnib. Cənubi Koreya şirkətiylə danışıqlar gedirdi, həm layihəylə bağlı, həm də körpününü sonradan işlədilməsiylə bağlı. Sadəcə problem ondan ibarətdir ki, Azərbaycan tərəfi bu yolun ödənişli olacağını əsas gətirərək özü yox, Cənubi Koreya şirkətinin investisya qoymasını sövq etmək istəyirdi. Cənubi Koreya tərəfi Azərbaycanda investisiya şəraitinin yumşaq desək yaxşı olmadığını əsas gətirərək bu layihədə bir operator, bu investisiyaları idarə edən bir şirkət kimi çıxış etməyi düşünürdü. Buna görə də hələ ki, danışqlar bir nəticəyə gəlməyib”.

Natiq Cəfərlinin fikrincə tunel məsələsi həll olunarsa bunu Azərbaycanda həyata keçirəcək texnologiyalar yoxdur: “Sonunda yenə də xarici şirkətlərlə - ya Türkiyə, ya Cənubi Koreya şirkətlərinin biriylə müqavilə bağlanmalıdı. Bu da yerli biznesin deyil, xarici biznesin layihələrdə iştirakına qazanc əldə etməsinə şərait yaradacaq. Bundan başqa, tunel salınması korpü tikintisindən daha çox vəsait tələb edir. Körpününü qiyməti 1,5-1,8 milyard dollar civarında dəyişirsə, tunel bundan ən azı 50 faiz baha - 3 milyard dollar civarında olacaq. Çünki tunel çəkilməsində istifadə olunan materiallarda həddindən artıq bahadır, həm də tunelin çəkilməsi çox xərc aparan bir proyektdir”.

 

Ekspert deyir ki, hər iki proyektin problem cəhəti ondan ibarətdir ki, bu günə qədər nə Nəqliyyat Nazirliyi, nə də hökumət yetkililəri bu layihələrin iqtisadi əsaslandırılmasını, iqtisadi paspiortunu elan edib: “Bu layihə nəyə lazımdır və Azərbaycan qitisadiyyatına nə qazandıracaq? Bununla bağlı araşdırılma aparılmayıb, iqtisadi pasportu çıxarılmayıb. Halbuki beynəlxalq praktikada belədir ki, bu tipli iri layihələrin, məsələn, Türkiyə İzmir körpüsü üzərində layihənin təsbitləyib həyata keçirməyə başlayarkən İstanbul-İzmir arasındakı yolu 7-8 saatdan təxminən 3,5 saata düşəcəyi haqqında bir iqtisadi əsaslandırma apardı. Mal və xidmətlərin dövriyyəsinin sürətləndirilməsindən Türkiyə iqtisadiyyatına 500 milyon dollar qazanc  gətirəcəyi haqda məlumat yaydı. Bunun özü çox ciddi bir məsələdi. Çünki iqtisadi əsaslandırılması olmalıdır. İndiyə qədər Azərbaycanda heç bir layihənin beynəlxaq standartlara uyğun iqtisadi əsaslandırması həyata keçirilməyib”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam