Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

“İcra başçıları ancaq özlərini düşünürlər”

 

Yerlərdəki rüşvət, məmur özbaşınalığı, insanlar arasında ayrı-seçkilik mühiti bölgə camaatını cana-boğaza yığıb.

 

Xeberinfo.com:   Bəzi vaxtlarda rüşvət müqabilində bu posta sahiblənən icra başçılarının vəzifələrindən sui-istifadə etmələri heç kimə sirr deyil. O da sirr deyil ki, “əyalət padşahları”nın icazəsi olmadan, hətta, göydə uçan quş belə, bir budaqdan o birinə “qona bilməz”. Onların “ok”i olmadan kimsə rayondakı quruma rəhbər təyin olunmaz.

 

Baş verən proseslərdən aydın olur ki, ölkə Prezidentinin hələ bu ilin fevral ayında ard-arda imzaladığı sərəncamlarla 4 icra başçısının öz postunu tərk etməsi kreslosundan bərk-bərk yapışan bəzi “padşahlar”a örnək olmayıb.

 

Maraqlıdır, bütün bu səlahiyyətləri qanunmu onlara verib? Yoxsa, onlar öz “qanun”larıylamı hərəkət edirlər?

 

Bu isə yerlərdə ciddi narazılıqlar yaradır. Umumiyyətlə, rayon icra hakimiyyəti başçıları özlərini necə aparmalıdırlar?

 

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa Modern.az-a deyib ki, bu, tənzimlənən məsələ deyil:

 

“Bunlar daha çox qaydaların mövcud olduğu bir mühitdə yaşanır. Praktik olaraq qanunauyğun olmasa da, qanundakənar qaydada İcra hakimiyyətləri rayon səviyyəsində bütün məsələlərin həllində məsuldurlar.

 

Bu da idarəetmə sistemi ilə bağlı məsələdir. Əgər gerçəkdən yerli icra orqanlarının fəaliyyəti gücləndirilsəydi və həqiqətən cəmiyyətin problemləri önə çəkilsəydi, tamam başqa situasiyanın şahidi olardıq. Yəni, bələdiyyə qurumunun vətəndaşın problemlərinə yanaşması, yaxud müəyyən məsələlərdə aktiv rol alması daha faydalıdır, nəinki təyin olunan şəxslərin.

 

Təyin olunan şəxslər ancaq özlərinə aid məsələləri düşünürlər, verilən tapşırıqları icra edir və vətəndaşın nə düşündüyü ilə maraqlanmırlar. Bu da idarəetmə nöqsanı ilə bağlı hallarda üzə çıxır. Bələdiyyə orqanları olanda icra qurumlarının bu fəaliyyəti yolverilməz olur”.

 

Deputat bildirib ki, qonşu Türkiyədə məhz idarıetmənin bu formasından istifadə olunur:

 

“Məsələn, Türkiyədə idarəetmə  koordinator, vali formasında olur. Amma əsas iş bələdiyyələrin üzərinə düşür. Bu gün İcra Hakimiyyətinə məxsus funksiyaların 90 faizini Türkiyədə bələdiyyələr həyata keçirir. Xalqa daha yaxın qurumlar olduğundan problemləri anlayır, hər hansı bir şəkildə məmurların işdən özbaşına çıxarılmasına yol vermirlər. Çünki, bələdiyyə gəldi-gedərdir, məmursa qalıcıdır. Məmurun hüquqları var və qorunur. Bunlar çox ciddi məsələlərdir və təəssüf ki, bizdə hələ bərqərar olmayıb”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam