Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"MTN işi"ndə növbə icra başçılarınındır?

 

 

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində “sahibkarları soyurlar, boğurlar, incidirlər”,- deyə sərt çıxış edib.

"Xeberinfo.com":   Biznes mühitini yaxşılaşdırmaq və biznesin inkişafına təkan vermək üçün çox ciddi addımlar atılacağını bildirən prezident yoxlamalarla bağlı çoxsaylı şikayətlər gəldiyini vurğulayıb. Bu yoxlamaların sayının kəskin şəkildə azaldılmasının vacibliyini deyən dövlət başçısı qeyd edib ki, yerli icra hakimiyyəti orqanları, o cümlədən hüquq-mühafizə orqanları bəzi hallarda sahibkarlara problemlər yaradır, onlardan pul tələb edirlər.

“Sahibkar heç kimə - nə yerli icra orqanlarının, nə də hüquq mühafizə orqanlarının nümayəndələrinə borclu deyil, ancaq dövlətin vergisini verməlidir”.

Modern.az xatırladır ki, dövlət başçısının bu çıxışından sonra əməli addımlar göründü ki, bu da bütövlükdə cəmiyyət tərəfindən dəstək qazandı. Sahibkarların işinə müdaxilə edən Milli Təhlükəsizlik Nazirlyinin şefi işdən azad edildi.

Bundan sonra sahibkarların yersiz yoxlamaları tam qadağan edildi. Vergilər Nazirliyi ciddi xəbərdarlıq aldı. Hər bir şəxs 10 min manatlıq məhsulu gömrükdən maneəsiz ölkəyə gətirmək haqqı qazandı. Bütün bunlar ölkədə müsbət qarşılandı və bu məsələnin davam edəcəyi kimsədə şübhə doğurmur. Və heç kəsə sirr deyil ki, sahibkarların işinə əngəl törədən böyük qüvvələr həm də yerli icra hakimiyyəti orqanlarıdır. Az qala icra başçıları özlərini əyalət padşahı kimi aparır, sahibkarlarla istədikləri kimi davranırlar.

Yerlərdəki rüşvət, məmur özbaşnalığı, insanlar arasında ayrıseçkilik mühiti əhalinin vəziyyətini çətinləşdirir. Kiçik və orta sahibkarlar rayon icra hakimiyyəti nümayəndələri tərəfindən sıxışdırılır, eyni zamanda insanlara hədələyici münasibət göstərilir. Yerlərdə külli miqdarda mənimsəmə əməliyyatları həyata keçirilir ki, bunun da başında icra başçıları və onların komandası durur. İcra hakimiyyətlərində demək olar ki, heç kimin problemi həll olunmur.

Yalnız insanlara yalançı vədlər verilərək başlarının altına “yastıq qoyulur”. Bunun bir səbəbi odur ki, əksər başçı bizneslə məşğuldur. Ona görə də sahibkarları sıradan çıxararaq onların əmlakını öz əllərində cəmləyirlər. Səsini çıxaranı isə müxtəlif üsullarla həbsxanaya göndərirlər. Ən yaxşı halda belə çətinliklərlə üzləşən sahibkarlar ölkədən getməli olurlar. Təbii ki, bütün bunlar Prezident İlham Əliyevin diqqətindədir və heç bir məsələ sirr deyil. Odur ki, artıq insanlarda əminlik yaranıb ki, Milli Təhlükəsizlik naziri Eldar Mahmudov və komandasının aqibəti yerli icra hakimiyyəti orqanlarından da yan keçməyəcək. Sahibkarları incidən başçılar şübhəsiz ki, Eldar Mahmudovun yanına gedəcəklər. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam