Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

İcra başçıları sahibkarları incidirlər

İcra başçıları sahibkarları incidirlər

 

“Bəzi icra başçıları yerlərdəki sahibkarları incidirlər. Onlara dəstək verilmir. İcra başçıları sahibkarlardan tikinti materialları və sair alırlar. Amma daha sonra isə həmin materialların pulunu ödəmirlər. Belə olan halda isə sahibkarlar pis vəziyyətdə qalırlar. Çox təəssüflər olsun ki, bu barədə bizə müraciətlər daxil olur”

 

 

Yenixeber.org: Bunu Milli Məclisin 29 dekabr tarixindəki iclasında deputat Qüdrət Həsənquliyev deyib.

 

O bildirib ki, həmin müraciətlərlə bağlı icra başçılarına zəng edən zaman isə telefonlara cavab vermirlər.

 

“Bu yaxınlarda bir iş adamı müraciət edib. O, “Zaminbank”dan kredit götürüb. Mən bunu ümumiləşdirilmiş nümunə kimi çəkirəm. Deputat həmkarlarım da bilsinlər ki, vəziyyət nə yerdədir.

 

Həmin şəxs “Zaminbank” vasitəsilə Sahibkarlığa Yardım Fondundan kredit alıb. Sonradan isə Sahibkarlığa Yardım Fondunun təklifi ilə ödəmədiyi pulun hissəsini tam məbləğdə fonda ödəyib. Sahibkarlığa Yardım Fondu da arayış verib ki, bu adam pulu tam şəkildə ödəyib. İndi isə müvafiq qurumlar bu adama arayış vermirlər ki, gedib əmlakını girovdan çıxarsın. Həmin adam da məcbur olub məhkəməyə verib.

 

Yenə də Əmanətlərin Sığortalanması Fondu məhkəmənin qərarını icra etmir. Bu bir nümunədir. Yüzlərlə belə faktlar mövcuddur. Vəzifəli şəxslər tərəfindən məhkəmə qərarları da icra olunmur. Bəzi şəxslərin vəzifələri böyüdülüb, amma vərdişləri dəyişməyib.

 

Yenə də sahibkarları incidirlər. Qanunun aliliyinin təmin olunması istiqamətində ciddi addımlar atılmalıdır. Yoxsa yenə də sahibkarlar incidiləcək, vəzifəli şəxslər tərəfindən məhkəmə qərarları icra olunmayacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam