Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“İcra hakimiyyətlərinin ləğvi hələlik “dəhliz”lərdə müzakirə olunur”

 

Azərbaycanda sentyabrın 26-da keçiriləcək referendumdan sonra yerli icra hakimiyyətlərinin ləğv olunması məsələsi gündəmdə deyil.

Xeberinfo.com:    Bunu Trend-ə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə referendumdan sonra yerli icra hakimiyyətlərinin ləğv olunacağı və onların əvəzinə vilayətlərin yaradılması ilə bağlı məlumatlara münasibət bildirərkən deyib.

Bu fikirlərin fərziyə olduğunu deyən deputat həmin məsələlərin ölkə prezidentinin səlahiyyətinə aid olduğunu qeyd edib: “Əminəm ki, Prezident İlham Əliyevin atacağı bütün addımlar Azərbaycan dövlətinin maraqlarına, dövlətin idarəçiliyində çevik və operativ bir modelin yaranmasına xidmət edəcək və bunun bəhrəsini də xalqımız və dövlətimiz görəcək”.

Hazırda yerli icra hakimiyyətlərinin idarəedilməsi sahəsində problemlərin olub-olmamasına gəldikdə, Ç.Qənizadə deyib ki, icra hakimiyyəti başçıları Prezidentin yerlərdəki nümayəndələridirlər.

Deputatın sözlərinə görə, bütün icra hakimiyyəti strukturundakı iş qaydasını, fəaliyyəti neqativ olaraq qəbul etmək olmaz : “İcra başçıları yerlərdə Prezidentin bütün tapşırıqlarını yerinə yetirməyə və fəaliyyətlərini qanun əsasında qurmağa borcludurlar. Bəzən ayrı-ayrı icra başçıları, onların fəaliyyətləri ilə bağlı neqativ məqamlar işıqlandırılır və gündəmə gətirilir. Cənab prezident də onlar barəsində öz mövqeyini ortaya qoyur. Amma ümumilikdə icra hakimiyyəti orqanlarının ləğv olunması, onların əvəzinə vilayətlərin yaranması hələlik “dəhliz”lərdə danışılan fikirlər, müzakirələrdir”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam