Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Cənab Ayaz Niyaz o. Mütəllibov!

 

Xeberinfo.com:  “Sputnik.az” saytına verdiyiniz müsahibə  təkrarən 18.08.2016-cı il tarixdə “Strateq.az” saytında verilmiş və bir oxucu kimi mənim diqqətimi cəlb etmişdir. 78 yaşımda olduğumu xatırlatmaqla onu demək istəyirəm ki, mən dəo dövrdə yaşadığımdan və iri istehsal sahələrinin fəaliyytinin idarə edilməsində, ömrümün sonlarında nazirlik həcmində iri bir baş idarənin istehsalının idarə edilməsində fəaliyyət göstərdiyimdən dövlətin necə  idarə edilməsindən bir qədər xəbərim vardır.

Sizin müsabənizdə “İndiki vəziyyət barədə danışmaq istəmirəm, adam utanır” deyiminizlə tam razıyam. Qalan dediklərinizlə isə bir oxucu kimi razılaşmıram. Siz kübar ailədə böyüyüb inkişaf ertmişsiniz. Azərbaycan KP MK-nın birinci katibi işləməklə Sov.İKP MK ilə təmasda olmuşsunuz. Siz elit insan kimi dövlətimizin idarə edilməsində fəaliyyət göstərmişsiniz. Əlbət ki, Siz səviyyədə olan şəxslər müsahibə verəndə dilləri dişləri arasında olur.Yəni düşünür və ehtiyatla danışırlar ki, əsaslı tənqidlərlə üzləşməsinlər. Müsahibənizdən də bu aydın gürünür.Müxbirin verdiyi sualların bir,ikisini çıxmaq şərti ilə qalanı da məni qane etmir. Bax bu səbəbdən  müsahibə heç də “maraqlı” alınmamışdır.

Müsahibə verirsiniz:-Əgər kimsə böyüdüyümüz və inkişaf etdiyimiz ölkəni tənqid etməyimizi istəyirsə bu ikrah hissi doğurur.

Tənqid ictimai quruluşun və şəxsiyyətlərin güzgüsüdür. Az da olsa keçmiş quruluşu tənqid etmişsiniz. Bundan ibrət dərsi götürmək lazımdır. Olanı demək qəbahət sayılmamalıdır.

Müsahibə verirsiniz:- Təsəvvür etmirsiniz ki, nəqədər müəssisə rəhbərləri komissiyanın yoxlamaları nəticəsində məhkum olurlar. Əgər kimsə kimin evini yıxmaq istəyirdisə, anonim məktub yazırdı ki, onun bağı evi var, bir müddətdən sonra ora komissiya gedirdi və başlanırdı... Xalq nəzarəti orqanlarının elə işçiləri var idi  daxmanı xan sarayı kimi təqdim edirdilər.

Ayaz Niyaz oğlu! Siz xırda bir hadisəni nəzərə çatdırırsınız. İriləri, nəhənglərini isə kölgədə saxlayırsınız. Rəyon rəhbərliyinin və nazirliyin birgə razılaşmaları olmadan heç bir kəs təsərrüfata və yaxud təşkilata direktor təyin oluna bilməzdi. Hər ay başı isə direktor rayonu idarə edənlərə və tabe olduğu nazirliyin səlahiyyətlisinə qoyulmuş qaydada rüsum verməyə məcbur idi. Şübhəsiz ki, rüsumu müəssisənin direktoru cibindən yox,təsərrüfatın cibindən verirdi. Rüsum verilməyndə ali dairədə adamı olmayan direktoru vəzifəyə təyin edənlər tərəfindən məsuliyyətə cəlb edilirdi.Bunlar kifayət deyil. Rüsum yığmaq üçün dövlətin uçotunda  olmayıb gizlincə işləyən  NKVD də fəaliyyət göstərirdi.

Səlahiyyətli şəxslərin hamısı aldıqları küllü məbləğdə rüsumlar hasabına özlərinin və ailə üzvlərinin bağı evi də, bir necə yerdə yaşayış mənzili də və minik avtomobili də olurdu. Həmin saysız əmlakların hamısı kənar şəxslərin adlarına sənədləşdirilirdi. Bu səblərdən də küllü məbləğdə dövlət əmlakını mənimsəyənləri məsuliyyətə cəlb etmək mümkün olmurdu.Kimi inandırmaq mümkündür ki, baş mütəxəssisin aylıq əmək haqqı 220 və direktorun, nazirin(elmi titulu nəzərə almaqla) 400-500 rubulluq əmək haqqı ilə özünə övladlarına 10min rubllara bərabər olan bağ evləri və minik avtomobilləri almaq mümkündür?İctimai quruluş səlahiyyət sahiblərini yaşamaq üçün dövlət əmlakına göz tikməyə məcbur edirdi. İndi ondan da betər vəziyyət yaranıb.Yuxarısı300-350manat əmək haqqı və yaxud 200 manat təqaüdlə yaşamaq mümkündürmü?

Müxbir sual verir: Sizcə SSRİ-nin dağılmasının səbəbləri nə idi?

Müsahibə verirsiniz:-Əgər məndən soruşsaydınız ki, yenidənqurmanın,demokratikləşmənin, radikal iiqtisadi islahatların əleyhinə olan kimsə var idimi, mən cavab verərdim ki, yox idi. 19 milyon kommunist Qarbaçovun və onun yenidənqurma ilə bağlı birgə işlədiyi adamları dəstəkləyirdi. Mən də demokratikləşmə və yenidənqurmanın tərəfdarı idim, amma bunun qana, millətlərarası fitnələrə səbəb olacağını təxmin etmirdim...

Ayaz müəllim! Verilmiş sualdan yayınmaq Siz təcrübədə olan ali səviyyə sahibinə yaraşmır. SSRİ-nin dağılma səbəblərini ali səviyyə sahibi olmyan mən “Xeberinfo.com” saytında getmiş 28.03.2016-ci il tarixli “Leninizm özünü doğrultmadı” siyasi yazımda izah etmişəm və bu gün də həmin yazım oxucular tərəfindən mütaliə olunur. SSRİ-ni dağıdan səbəblər haqqında: 1.SSRİ-nin zorakılıqla yaradılması,  2.Zorakılıqla insanların xüsusi mülkiyyətinin dövlətin mülkiyyətinə verilməsi, 3.Sosializm quruculuğunun insanlar tərəfindən həzm edilməməsi və ona hazır olmaması, 4.Zorakılıqla Yer kürəsində başqa ölkələrin kommunistləşdirilməsi, 5. Fövqəl dövlət kimi dünayaya sahib olmaq üçün hərbi qüvvəsindən istifadə etməsi, 6.Rusiyada son üç əsrdə ukladlrın dəyişdirilməsi,(ukladı dəyişmək yox, onu inkişaf etdirmək daha sərfəlidir) 7. Dövlət əmlakının səlahiyyətlı şəxslər tərəfindən talanlığı və mənsəbpərəsliyin dərin kök atması,  8.Milli məsələnin həll edilməməsi, 9. ABŞ-a kreditor borcların durmadan artması,10. Müasir tələblərə cavab verə bilən texnologiyaların istesalından geri qalması,11.Nəhayət dövlətə xəyanət və satqınlıq.M.S. Qarbaçovun İngiltarənin sabiq baş naziri Marqaret Tetçer və ABŞ-n sabiq prezidenti Roland Reyqan tərəfindən ələ alınması SSRİ-nin dağlması demək idi. SSRİ-ni idarə edən və onun dağıdılmasını həyata keçirən B.Yeltsin və M.Qarbaçov olublar.

SSRİ-nin çökməsinin bir sıra səbəbləri də mövcud idi. Y.V.Andropov “QOLQOFA ƏMƏLİYYATI”nda qeyd edir: ”...bizim sistemimizdə savadlı siyasətçi və iqtisadçılar yoxdur. Bütün ali məktəblərdə əslində mövcud olmayan sosializm siyasi iqtisadının tədrisi bizim hətta Aqanbekyan, yaxud Şatalin kimi görkəmli akademiklərimizin də beynini tamamilə xarab edir”.

Mən bilən SSRİ -də iqtisadiyyatı dərindən bilən və onu idarəetməyi bacaran Aleksey Nikolayeviç Kosıqin idi ki, L. İ. Brejnev də onu eşitmək istəmirdi. Vəzifəsindən azdad olunan kimi N.A.Kosiqin 76 yaşında 18.12.1980-ci ildə dünyasını dəyişdi.

Ayaz Niyaz oğlu! ”19 milyonluq kommunist”lərdən söhbət açırsınız. Y.V. Andropov həmin əməliyyatda qeyd edir: “... hələ Lev Davıdoviç Trotiski partiyanın dağılacağını qabaqcadan görürdü”.Sizə onu xatırlatmaq istəyirəm ki, Azərbaycanda Kommunust Partiyası yox, dəllallar partiyası mövcuduydu. Çox yox, Sizin nəzərinizətək bir faktı çatdırmaq istəyirəm. 6 fevral 1988-ci il tarixli KOMMUNUST qezetində “AZƏRBAYCAN KP MƏRKƏZİ KOMİTƏSİNDƏ” başlığı altında iri həcmli yazı getmişdir. Məqsəd səmərəli fəaliyyətiylə Bakının dükan və bazarlarını ət və yumurta məhsulları ilə təchiz edən, Yaxın və orta Şərqdə analoqu olmayan Siyəzən broyler fabrikini işə salan, Piriküşküldə və Siyzən broyler  fabriki ətrafında yayayış qəsəbələri inşa etdirən,rüşvətxorluğun kökünə var gücü ilə balta çalan, BVM-sinin iştirakçısı, əvvəllər Azərbaycan KP MK-nın şöbə müdiri vəzifəsində işləmiş Mehdi Məmməd oğlu Məmmədovu vəzifədən götürmək və bununla da istehsal sahəsindəki bol məhsulu mənimsəmək olmuşdu.Bəs onu vəzifəsindən azad etdikdən sonra yerinə kimi təyin etdilər? 1969-cu ildə MK-da rüvətxorluğuna görə vəzifədən it kimi qovulanın birisini təyin etdilər.Başqa respublikaları bilmirəm, bizim respublikanın alidairələrində kommunist partiyası yox, dəllallar partiyası mövcud olub və indi də belədir. Bütövlüklə quldurlaşan keçmiş milli təhlükəsizlik nasirliyinin əməkdaşları buna əyani sübutdur.

Gələk Sizin “İndiki vəziyyət barədə danışmaq istəmirəm, adam utanır” fikrinizin üstünə. Bədbəxtliyimiz ondadır ki, olan ciddi nöqsanları demirik, deyəndə də qulağımızdan tutur, ağzımızı da möhürləyirlər.  Səlahiyyətli şəxslərin birinin dilindən çıxan bir kəlmə indi də yadımdadır. O, belə demişdi:”Kim iş başına qoyulursa quldura çevrilir, kimlə işləyəsən”. Demək olar ki, indiki vəzifə sahiblərinin hamısı səlahiyyətlərinidən istifadə edib mənsəblərini güdürlər.Tək bir faktı xatırlatmaq istəyirəm.Hər yay mövsümündə su təhizatında təchizatsızlıq meydana cıxır. “Azərsu” ASC-in qaynar xəttinə (tel.950) və Xətai rayon şöbəsinə (tel.371.65.36) sorğu verəndə 10-12dəqiqə musiqi verilir, yaxud telefon məşğul olur, yaxud telefona cavab verən şəxs- su xəttində qəza var, təmir gedir, yaxud təzyiq yoxdur, dedikləriniz qeydə alınır- kimi cavablar verilir. Olanları olduğu kimi qeyd edirəm ki, həryay belədir. Telefonda biz abonentlər sədri “tərif”ləyəndə isə danşıq kəsilir. Bu-avqust ayının 19-23 tarixləridə 5gün su olmadı. Ehtiyat bir tonluq bakdakı su da iki günə bəs edir. İnsan 3-4 gün ac qala bilər, ancaq ölməz, susuz isə yarım saat dözmək mümkün deyil. Xüsusi ilə körpələr olan evdə susuzluq dəhşətdir.

Gərək ali dairələrdə işləyənlərin binalarından və yaşayış evlərindən 5 gün yox, 5 saat su kəsilə ki, səlhiyyətli heyvərələr anlayalar, qanalar ki, yay vaxtında suyun olmaması nə deməkdir. “Azərsu” ASC sədrinin quldura çevrilməsinin səbəbi budur ki, o, kiməsə rüsum verir ki, abonentləri saymır və 5 gün susuz qalırıq .

Bəs neyləmək lazımdır? 1.Hər şeydən əvvəl əvvəllər yazdığım kimi dövlət müəssislərində əməyin ödənilməsində “Dölət qulluğu haqqında” Qanun ləğv edilsin. Ona görə ki,səlahiyyətli qudurmuşvə quldurlar ətrafına qohum əqrabasını, səviyyəsiz, ara qarışdıran, müxtəlif istiqamətlərə işləyən, əməyi məhsuldar və əməli saleholmayan yalaq-yaltaqadamları yığır ki, şəxsi maraqları həyata keçsin.2.Məsuliyyətə cəlb edilən bu kimilərinin əmlakı müsadirə olunsun. 3. Ömürlük təqaüddənməhrum edilsinlər.

Biz zəhmət insanları həyata zəhmət çəkib yaşamaq üçün gəlmişik. Quldur və qudurğanların əlində oyuncaq olub, əzab -əziyyətlə yaşamaq üçün yox.

Yuxarıda əyləşən səlahiyyətlilər bilməlidirlər ki, mənsəb güdmə,rüşvət alış-verişi ilə məşğul olan harınlamışlar zəmətlə yaşayan insanlarda hakimiyyətə və müstəqilliyə qarşı böyük inamsızlıq, etimasızlıq yaradırlar.

 

                    

Quliyev Elxan Sarı o.                                            


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam