İNAMSIZLIĞI və İŞSİZLİYİ YARADANLAR
Yenixeber.org: Dövlətimizin idarə edilməsində iştirak edən Ali şəxslərindən dörd nəfərinə inanıram.Onlardan biri də Mehriban Arif qızı- Sizsiniz. Dövlətin idarə edilməsində Vitse Prezidentliyə namizədlər haqqında saytlarda sorğu gedərkən bu sorğu ilə maraqlı olan vətəndaş kimi həmin vəzifəyə layiqli beş nəfər insanın adlarını yazmışdım. Bu kimi ali səviyyəli insanların sırasında Sizin də adınızı qeyd etmişdim. Tam qocalsam da aydın olur ki, seçim dairəsində dərkim qaydasındadır.Bununla da yanılmadığıma sevinirdim. Bu günkü dönəmdə Sizə qarşı olan müsbət münasibətimi etiraf etməyimi yarınmaq kimi də başa düşməyin.
26 ildir Müstəqilliyimizi bərpa etmişik. Lakin sıralarımızda elə moşenliklər var ki, şəxsi məqsədləri naminə dövlətimizi büdrətməyə istiqamət götürüblər. Bunlar elə şəxslərdir ki, keçmış MTN əməkdaşları həmin vəzifəli şəxslərin yanında toya getməlidirlər.Əlbəttə bunların hansı şəxslərin olduqlarını Siz yaxşı bilirsiniz və mən onların adlarını bu məktubumda qeyd etmək həvəsində deyiləm.Gec də olsa haqq öz yerini tapacaq.
Nəhayət əsas mətləbə keçirəm.
1.Böyük oğlum Rəşid Birinci Dağlıq Qarabağ müharibəsinin iştirakçıdır və bu iştiraka görə cüzi dolanışığa bəs etməyən çox böyük bir təqaüd alır-ayda 45 manat. Ailəlidir iki körpəsi var. Rəşidin heç vaxt sabit iş yeri olmamışdır.Hal hazırda da işsizdir.
2. 7,5 il hərbi hissədə xidmət edib tank komandiri ixtisası alan kiçik oğlumu işlədiyi özəl müəssisədən əmək haqqını tələb etdiyi üçün ali şəxslərin moşennik övladları respublikadan didərgin etdilər və illərlədir bilmirəm haradadır.Məhkəmə dartışmasında isə moşenniklər “qələbə” çaldılar.
Müharibədən və hərbi xidmətdən tərxis olunan övladlarım bir dəri, bir sümük və qeyri sağlam olduqlarından onlardan əlimi üzmüşdüm...Övladlarımın hər ikisi orta tibb ixtisaslı olduqlarından biri digərini müalicə edib bir ildən sonra sağlamlıqlarını kafi dərəcədə bərpa edə bildilər.Vətənə borclarını tam yerinə yetirən övladlarıma isə müstəqil olan dövlətimiz tam qayğısızlıq göstərib vəqayğısızlıq bu gün də davam edir.Yaxşı bilirsiniz ki,dövlət müəssiələrində iş yeri almaq mümkün deyil, özəl müəssisələrdəisə sabit işyeri mümkünsüzdür.
Vitse Prezident Mehriban Arif qızı, alilərin bəd heybət moşennikləri şəxsi maraqları naminə ölkədən didərkin edilən kicik oğlum Ayaz kimilərinin qəlbində hakimiyyətə qarşı inanmsızlıq toxumu göyərdiblər. Dolanışıqlıq və mənzilsizlik ucbatından ailəsi də darmadağın oldu.Bu barədə internetdə çıxış etmişəm. Şəxsən Siz fikirləşmişsinizmi ingilis dilini bilənlər nə səbəbə görə Müstəqil Azərbaycanı tərg edirlər?
3. Mən başqaları kimi Bakıya öz xoşumla köçüb gəlməmişəm. Keçmiş ittifaq dönəmində təyinatla Bakıya göndərilmişəm. Hal hazırda təqaüdçü olmaqla yanaşı şikəstəm.Heç bir partiyanın üzvü də deyiləm.
Tələbim aşağıdakılardır:
1.Böyük oğlum Rəşidin mühaibə veteranı kimi təqaüdü respublika üzrə müəyyən edilmiş minimum əmək taqaüdü həcmində ödənilsin və işlə təmin edilsin.
Hörmətli Mehriban Arif qızı,bir vətəndaş olaraq hökumətdən övladlarımın haqqını tələb edirəm, sədəqə yox.15 gün gözləyəcəyəm.Əgər qeyd etdiyim tələblər yerinə yetirilməzsə bu məktubla harayaüz tutmalıyam? Yüksək səlahiyyətli bir şəxs kimi çıxış yolunu nədə və harada görürsünüz? Bircə xahişim odur ki,bizə işsizləri uçota alan təşklatın ünvanını xatırlatmayın.
İri təkliflərim (idarə etmədə) isə sonra olacaq.
Hörmətlə 78 yaşlı təqaüdçü Elxan Sarı o. Quliyev
Ünvanım: Bakı ş.Az-1126 Gəncə prospekti ev 95. mənzil 29