Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

"Azərbaycanın arxasında Türkiyə durur, bizim kimimiz var?"

 

Xeberinfo.com:   “Regionda böyük oyunlar gedir. "Qazprom" şirkətinin bizə qazı 200 və yaxud 180 dollara satacağı məni narahat etmir. Narahat edən Rusiyanın Ermənistanın izolyasiyasını Gürcüstan vasitəsi ilə pozmaqla Azərbaycana "soyuq müharibə" elan etmək istəyidir. Bütün Rusiya Azərbaycanın əleyhinə işləyir. Azərbaycanın arxasında Türkiyə, Türkiyənin arxasında isə NATO dayanır. Bəs arxamızda kim var? Heç kim!".

Məlumata görə, bunu gürcü politoloqu Soso Tsinsadze "Aliya" qəzetinə müsahibəsində deyib.

"Azərbaycan bunu bizə bağışlamaz. Qaz məsələsi Azərbaycan üçün prinsip məsələsidir. Azərbaycanın milli valyutası dəyərini itirir. Rusiya isə bundan Azərbaycan əleyhinə istifadə edir", - deyə politoloq qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanın Türkiyəyə dəstək verməsi Rusiyanı qəzəbləndirib və Rusiya bunu bağışlamaq istəmir. "Putin revanş götürür və biz də bu işə cəlb olunmuşuq”.

Politoloq "Qazprom" şirkəti ilə müqavilənin bağlanacağı halda Gürcüstanın təhlükəli vəziyyətlə üzləşəcəyini bildirib: "Müqavilə bağlansa, Gürcüstan tranzit funksiyasını və Azərbaycan kimi strateji müttəfiqini itirəcək, diplomatik manevr imkanlarımız məhdudlaşdırılacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam