Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Amerika Rusiyanı sülh yolu ilə təcrid edib zəiflətmək istəyir”

 

 

 

 
ABŞ Rusiyaya qarşı yeni planlar hazırlayır
 
"xeberinfo.com": O, Qərbin artıq Rusiyaya qarşı birləşdiyini deyib: “Amerika Rusiyanı təcavüzkar siyasətdən çəkindirmək niyyətindədir. Buna artıq Amerika və Avropa ölkələri də imza atıb. Sözsüz ki, məmurların əleyhinə olan sanksiyalar Putinin iradəsini dəyişə bilməz və buna görə də daha geniş tədbirlər lazımdır. Birinci növbədə Rusiyanın iqtisadiyyatının inkşafına imkan verməmək Qərbin qarşısında duran əsas məqsəddir. Bunu da etmək üçün Rusiyanın neftindən və qazından imtina etmək lazımdır. Bir dəqiqənin içində neft və qazdan imtina etmək ABŞ üçün sərfəli deyil”.
 
Rusiya qazından tam imtina ediləcək
 
Politoloq Qərbin heç bir zaman öz ziyanına addım atmayacağını qeyd edib:
“Qərb heç bir zaman öz ziyanına addım atmayacaq. “Cənub Axını” layihəsi artıq sıradan çıxıb. Rusiyanın niyyəti bu idi ki, Ukraynanın ərazisindən kənar bir yer vasitəsiylə qaz ötürsün. Bundan başqa isə artıq Ukraynaya Slovakiyanın qaz verməsi məsələsi gündəmə gəlib. Siz təsəvvür edin ki, Rusiya Ukraynanın bütün qaz ötürmək üçün istifadə olunacaq koridorlarından imtina edib. Amerika isə Avropaya qaz verə biləcəyini bildirir. Amerikanın buna imkanı da çatır. Amma bunların hamısı bir günlük məsələ deyil. Bu, bir müddət vaxt tələb edəcək”.
 
Rusiyaya qarşı genişmiqyaslı hücum planlaşdırılıb
 
V.Quluzadə Rusiyanı çökdürməkdən ötrü Amerikanın genişmiqyaslı hücum planlaşdırdığını söyləyib. “Krımın işğalı artıq Qərbi oyatdı. ABŞ Rusiyanı regional dövlət kimi görürdü. Amma bu işğal Qərbə sübut etdi ki, Rusiya nə qədər təhlükəlidir. Bu əməliyyatlar davam edəcək. Obama Səudiyyə Ərəbistanına səfəri zamanı onlara neftin qiymətini aşağı salıb, istehsalını artırmağı təklif edəcək. Bir tərəfdən isə İran var. İranın üzərindən embarqolar artıq götürülüb. Nəticədə İran da dünya bazarın neft çıxaracaq. Bu, artıq geniş miqyaslı hücum planıdır. Bu hücum bir dövləti çökdürməyə yönəlib”.
 
Azərbaycan hələlik hədəfdə deyil
 
V.Quluzadə Rusiyanın Krım kimi Azərbaycanı da işğal etmək planının hələlik olmadığını bildirib. Politoloq Rusiyanın bu addımı atmaqdan çox qorxduğunu vurğulayıb. “Siz görürsünüz ki, Rusiya necə səriştəli addım atıb Qarabağı işğal edib. Rus strateqləri yaxşı bilirdilər ki, Azərbaycan neft-qaz ölkəsidir. Bundan isə Rusiya əleyhinə istifadə ediləcək. Ona görə də bizim torpaqlarımız işğal altındadır və hər dəfə sülh imkanı ortaya çıxanda Rusiya onu vurur. Rusiya istəmir sülh olsun. Rusiya indi Amerikanı hədələyir. Çünki Krımı işğal etmək Rusiya üçün daha asandır, nəinki Azərbaycanı. Azərbaycanın işğalı birbaşa Amerikaya müharibə elan etmək deməkdir. Azərbaycanda Amerikanın bütün neft şirkətləri çalışır. Ona görə Rusiya bunu hələ edə bilmir. Azərbaycan burada heç nə edəsi deyil. Azərbaycan sadəcə bacardığı qədər özünü qorumalıdır”.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam